Əcnəbilərlə evlilik azərbaycanlı gənclərə nə vəd edir: Daha yaxşı həyat, yoxsa...?
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son illər Azərbaycanda gənclərin, xüsusilə də gənc qadınların əcnəbi vətəndaşlarla evlənməsi hallarında artım qeydə alınıb.
Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 2 081 nikah qeydə alınıb.
Müqayisə üçün bildirək ki, 12 il əvvəl – 2014-cü ildə bu göstərici 1 816 olub.
Onu da qeyd edək ki, insanlar bu cür evlilikləri şəxsi seçim kimi qiymətləndirsə də, fərqli mentalitet və həyat tərzinin gələcəkdə ciddi problemlərə yol aça biləcəyini düşünənlər də az deyil.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, bu tip evliliklərdə əsas məsələ onların hansı motivlər üzərində qurulmasıdır:
“Əslində, prinsipcə burada problem yoxdur. Dünya böyükdür, müxtəlif millətlər tarix boyu bir-biri ilə qaynayıb-qarışıb, evləniblər. Lakin məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, bu proses kütləvi xarakter almamalıdır. Müəyyən faiz daxilində ola bilər, lakin kütləviləşərsə, bu, milli assimilyasiyaya gətirib çıxara bilər.
İkincisi isə motiv məsələsidir. Əgər əcnəbi ilə ailə qurmaq sevgi və sağlam mənəvi dəyərlər üzərindədirsə, bu, normaldır və alqışlanmalıdır. İnsanların etnik, dini və ya mənşəyinə görə evliliyində problem yoxdur. Amma evlilik maddi maraqlar, daha yaxşı həyat arzusu, pul qazanmaq və ya əyləncə kimi səbəblər üzərində qurulursa, bunu sağlam ailə modeli hesab etmək olmaz”.
Sosioloqun sözlərinə görə, bu cür evliliklərin böyük hissəsi məhz maddi maraqlara əsaslanır və nəticəsi əksər hallarda uğursuz olur:
“Əcnəbilərlə evliliklər artıb, amma onların az bir hissəsi real sevgi üzərində qurulub. Əksəriyyəti isə başqa ölkədə yaşamaq, vətəndaşlıq almaq və ya iş tapmaq məqsədi daşıyır. Hətta bu məqsədlərlə bağlanan saxta evliliklər də mövcuddur və onların sonu yaxşı bitmir. Bəzi hallarda bu evliliklər qadın alverinə, zorakılığa və cinayət hallarına qədər gedib çıxır”.
Elçin Bayramlı qeyd edib ki, əcnəbilərlə ailə quran bəzi azərbaycanlı qadınlar xaricdə ciddi təzyiq və istismara məruz qalırlar:
“Cinsi istismardan tutmuş qul-kölə kimi işlədilməyə qədər hallar yaşanır. Təəssüf ki, belə vəziyyətlərdə Azərbaycan dövlətinin həmin vətəndaşlara operativ şəkildə kömək etmək imkanı məhdud olur. Qanunlarımız xarici ölkələrdə keçərli deyil və bəzən həmin şəxslərin harada olduğu belə bilinmir. Buna görə də gənclər bu məsələlərdə son dərəcə ehtiyatlı olmalıdırlar”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:Azərbaycanlı qadınların əcnəbilərlə evlilik tendensiyası ARTIR: Səbəb NƏDİR?
27 Oktyabr 2025 19:18
Əcnəbilərlə evlilik halları niyə artır? KÜNCDƏN BAXIŞ
10 Mart 2025 15:27
Ölkədə əcnəbilərlə nikah artır: təhlükə, yoxsa...
11 Oktyabr 2025 11:21
Rusiyadan əcnəbilərlə bağlı daha bir sərəncam
13 Oktyabr 2025 15:31
Çexlər getdikcə daha çox əcnəbilərlə ailə qururlar
23 Aprel 2025 18:09
Baxış sayı:49
Bu xəbər 13 Yanvar 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















