Icma.az
close
up
RU
Ədalət, mədəniyyət, məsuliyyət və vicdan rəhbərliyin dörd sütunudur

Ədalət, mədəniyyət, məsuliyyət və vicdan rəhbərliyin dörd sütunudur

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Rəhbər vəzifəyə təyin olunmaq, yaxud bu vəzifəyə can atmaq, sadəcə bir status qazanmaq, kresloda oturmaq arzusu deyil. Rəhbərlik məsuliyyət, fədakarlıq, uzaqgörənlik və əxlaqi dəyərlərin sintezidir. Bu vəzifəyə iddia edən hər bir insan ilk növbədə özünü dərin təhlil etməyi, öz mənəvi və peşəkar səviyyəsini dürüst qiymətləndirməyi bacarmalıdır. Çünki rəhbərlik təkcə idarəetmə qabiliyyəti deyil, həm də insanlara yol göstərmək, onlara nümunə olmaq məsuliyyətidir. Cəmiyyətin bu gün qarşılaşdığı problemlərin bir çoxunun kökündə məhz bu amil dayanır rəhbər olmaq istəyənlərin əksəriyyəti “mən bu vəzifəyə layiqəmmi?” sualını özlərinə vermir. Halbuki bu sual hər bir namizədin ilk addımı olmalıdır. Rəhbərlik yalnız vəzifə səlahiyyəti deyil, həm də vicdan, mənəvi borc və xidmət anlayışıdır. Lakin təəssüf ki, bu gün çoxları rəhbər vəzifəni bir növ imtiyaz, sərvət, şəxsi qazanc vasitəsi kimi görür. Bu yanlış yanaşma həm sistemdə, həm də ictimai düşüncədə dərin izlər buraxır.
Uzun illər ərzində, xüsusilə də sovet dövründən bəri, vəzifəyə təyinatlarda şəxsi keyfiyyətlər, əxlaq və peşəkarlıq arxa plana keçmişdi. İnsanların çoxu görürdü ki, bacarıqsız, lakin doğru əlaqələrə malik şəxslər yüksək vəzifələrə gətirilir. Bunun nəticəsində toplumda yanlış fikir formalaşdı “istənilən adam rəhbər ola bilər”. Bu düşüncə, illər keçdikcə, ictimai şüurda kök saldı. İnsanlar vəzifəni özünü təsdiqləmək vasitəsi kimi deyil, şəxsi rifahın təminatçısı kimi gördülər. Halbuki rəhbərliyin mahiyyəti dövlətin inkişafına xidmət etməkdir.
Əsl rəhbər o insandır ki, vəzifəyə gəlməzdən öncə öz iç dünyasında hesabat verir “mən bu vəzifəni daşıya bilərəmmi?”, “bu dövlətin mənə olan etimadını doğrulda biləcəyəmmi?”. Əgər bir insan özünü, öz məsuliyyətini tanımırsa, onun idarə etdiyi sistemdə ədalət və inkişafdan danışmaq çətindir. Bu gün ən çox ehtiyac duyduğumuz məhz o rəhbərlərdir ki, onlar vəzifəni mənafelərinə görə deyil, missiya kimi qəbul edirlər. Maddiyyat hərisliyi bir nöqtədə dayanır, o, doyurulduğu an bitir. Ancaq dövlətinə və Ali Baş komandanına faydalı olmaq arzusu tükənmir. Bu, bir ömür boyu davam edən ülvi bir hissdir. Rəhbər vəzifəsində olan şəxsin hər bir qərarı, hər bir sözü və davranışı cəmiyyət üçün nümunədir. Belə insanlar təkcə işlədikləri sahəyə deyil, həm də bütöv cəmiyyətin mənəvi inkişafına təsir göstərirlər. Onların həyat fəlsəfəsi “xidmət etmək” üzərində qurulur. Rəhbər olmaq üçün insan ilk növbədə düşüncə mədəniyyətinə, ədalət hissinə və mənəvi dəyərlərə sahib olmalıdır. O, təkcə idarə edən deyil, həm də dinləyən, anlayan, empatiya qura bilən şəxs olmalıdır. Əsl rəhbər ətrafındakı insanların fikirlərinə dəyər verir, fərqli baxışlardan qorxmur, çünki bilir ki, müxtəlif fikirlər inkişafın təməlidir.
Rəhbərlik məsuliyyəti daşıyan şəxs bir orqanizmin beyni kimidir. Beyin düzgün işləməsə, orqanizmin heç bir hissəsi sağlam qalmaz. Eyni qayda ilə, əgər rəhbər vəzifədə olan şəxs mənəvi baxımdan kasaddırsa, onun idarə etdiyi kollektivdə nə motivasiya olar, nə də nəticə. Cəmiyyətin sağlam inkişafı üçün rəhbər vəzifələrə təyinatda əsas meyar yalnız sadiqlik və bacarıq deyil, həm də mənəvi bütövlük olmalıdır. Çünki mənəviyyatı olmayan rəhbərin səlahiyyəti də, qərarları da uzunömürlü deyil. Ona görə də hər bir rəhbər, hər bir vəzifə sahibi, hər bir bu arzuda olan insan öz-özünə bu sualı verməlidir: “Mən bu kresloda oturduqda, dövlətim, məni əhatə edən insanlar qazanacaq, yoxsa itirəcək?” Bu sualın cavabı dürüst və vicdanla verilərsə, onda biz daha güclü, daha ədalətli, daha mədəni bir sistem quracağıq.
Ədalət, mədəniyyət, məsuliyyət və vicdan rəhbərliyin dörd sütunudur. Bu sütunlar möhkəm olanda sistem də, dövlətdə da güclü olur.
Əli İbrahimov, hüquqşünas
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri