Icma.az
close
up
RU
Статья не опубликована
Ədalət Partiyası Tovuz şəhərində Qarabağ müharibəsi əlil və veteranları ilə görüş keçirib

Ədalət Partiyası Tovuz şəhərində Qarabağ müharibəsi əlil və veteranları ilə görüş keçirib

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət partiyasının təmsilçiləri Tovuz şəhərində veteranlarla görüş keçirib.
Partiyadan Aznews.az-a verilən məlumata görə, öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra partiyanın sədr müavini Vüsalə Dadaşova Ədalət Partiyasının sədri, siyasi-ictimai xadim, prof. İlyas İsmayılovun tədbir iştirakçılarına salamlarını çatdırıb, onları Zəfər Bayramı münasibəti ilə təbrik edib, rayon veteranları, əlil və ağsaqqallarına partiyanın 8 Noyabr Zəfər Bayramı ilə bağlı bəyanatını səsləndirib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tovuz şöbəsi və Qarabag Əlillərinə Qaygı İctimai Birliyi Tovuz filialının sədri Etibar Vəliyev çıxışında Vüsalə Dadaşovanı hələ Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il deputat seçki kampaniyasından tanıdıqlarını və göstərdiyi qayğı və xidmətlərə görə onu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin fəxri üzvü seçdiklərini və Azərbaycan Respublikasının Milli Ordusunun 100 illiyi ilə bağlı təsis olunmuş “Milli Ordu – 100” medalı ilə təltif etdiklərini bildirib və ona veteranları daima diqqətində saxladığı, mütəmadi görüşlərinə gəldiyi üçün minnətdarlıq edib.
Tədbirdə Qarabağ və Tovuz rayonu uğrunda mübarizə aparan 1-ci Qarabağ müharibəsi veteranlarının mövcud problemlərindən bəhs olunub və Prezident İlham Əliyevin müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında və keyfiyyətli həllinə nail olunması, hər cür diqqət və qayğı ilə əhatə olunması, tibbi sığorta və güzəştli vergi və mənzil imtiyazları ilə təmin olunması istiqamətində təyin etdiyi və apardığı siyasət çərçivəsində Vətən Müharibəsi veteranları ilə yanaşı, 1-ci Qarabağ Müharibəsi veteranlarının da lazımınca yararlanmaları üçün partiya rəhbərliyindən , onların da mümkün imkan və mexanizmləri ilə köməklik göstərmələri xahiş olunub.
Tədbirdə həmçinin partiyanın rəhbərliyi tərəfindən fəaliyyətləri istiqamətində dövlətçilik ənənələrinin qorunmasının prioritet olduğu bildirilib, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, və onlarla əməkdaşlığı, qarşılıqlı əlaqələri möhkəmləndirmək məqsədilə bu cür görüşlərin mütəmadi təşkil olunmasına çalışılacağı vurğulanıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri