Icma.az
close
up
RU
Ədalət Partiyasında nə baş verir? Gecə ikən qapının kilidi dəyişdirilib

Ədalət Partiyasında nə baş verir? Gecə ikən qapının kilidi dəyişdirilib

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ədalət Partiyasının Ali Məclisi bəyanat yayıb. 

Redaktor.az-ın məlumatına görə bəyanatda deyilir:

"Ədalət Partiyası Siyasi Şurasının qərarına əsasən aprelin 19-da Ali Məclisin növbəti iclası keçirilmişdir. Ali Məclisin rəhbərliyində təmsil olunan bir neçə şəxsin əvvəlcədən planlaşdırılmış şəkildə Nizamnamə tələblərini pozaraq, şəxsi maraqları naminə  Siyasi Şuranın qərarına etinasızlıq, partiya üzvlərinə isə hörmətsizlik göstərərək, iclasda iştirak etməməsi, bununla da Qurultayın çağırılması qərarını pozmağa çalışması təəssüf doğurur.

Ali Məclis üzvləri çox təəssüflə bildirirlər ki, partiyanın siyasi simasının zədələnməsinə, ideoloji platformasının, etik və əxlaqi dəyərlərinin əleyhinə çıxan bu şəxslər iclasın baş tutmaması üçün məqsədyönlü iş aparmış, sağlam mübarizə aparmaq yolunu seçməkdənsə, gecə ikən partiyanın mərkəzi qərargahının qapısının kilidini dəyişməklə iclasın baş tutmasına mane olmağa çalışmışlar. Təbii ki, onların bu qanunsuz əməlləri, Ali Məclisin iclasının keçirilməsinə mane ola bilmədi, əksinə, Məclis üzvlərinin 86 faizi (56 Rayon Təşkilatından 50 nəfər və qurultayda seçilmiş üzvlərdən 6 nəfər) iclasda iştirak edərək Ədalət Partiyasının IX Qurultayının 17 may 2025-ci il tarixində keçirilməsi barədə yekdilliklə qərar qəbul etmişdir.

Ali Məclis çoxminli partiya üzvlərinə qarşı bir neçə şəxsin sayğısız hərəkətlərini partiyadaxili siyasi münasibətlərə, həmkarlığa, ideoloji birliyə zidd addım sayır və bunun yolverilməz olduğunu bəyan edir. Partiya daxilində bütün davranışların partiya nizamnaməsi, qanunvericiliyə və milli-mənəvi, əxlaqi dəyərlərə uyğun qurulmasının alternativi olmadığını bildirir.

Ali Məclis partiyada təmsil olunan hər kəsi iddialarını Nizamnaməyə uyğun olaraq təmin etmək üçün lazımı prosedurlara əməl etməyə çağırır.

Ali Məclis bəyan edir ki, artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi seçilib və partiyanın bütün strukturlarının səlahiyyətləri ona verilib. Buna görə də Ali Məclis üzvləri rəhbərlikdə təmsil olunan və pozuculuqla məşğul olan bir neçə şəxsi, eləcə də Xəzər və Xətai rayon təşkilatlarının sədrlərini partiyadaxili həmrəyliyə çağırır, partiyanın qurultayında iştirak etməklə, öz təkliflərini və namizədlərini irəli sürmək hüququna malik olduqlarını bildirir.

Ali Məclis Ədalət Partiyasının yaradıcısı və ilk sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun siyasi irsinin, ideoloji baxışlarının davamçısı olaraq hər kəsi, o cümlədən, yalançı vədlərlə aldadılmaqda olan bir neçə partiya üzvünü səhv yoldan dönməyə, partiyanın inkişafına dəstək verməyə, qayda-qanunları, Nizamnamə tələblərini pozmaqdan çəkinməyə, partiyanın birliyini qorumağa və hər bir situasiyada ədalətli olmağa çağırır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri