Icma.az
close
up
RU
Qapının kilidini dəyişdilər, iclasa mane oldular Ədalət Partiyasında nə baş verir?

Qapının kilidini dəyişdilər, iclasa mane oldular Ədalət Partiyasında nə baş verir?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ədalət Partiyası Ali Məclisinin iclası ilə bağlı problem yaşanıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı partiya bəyanat yayıb.

Bildirilib ki, Siyasi Şuranın qərarına əsasən aprelin 19-da Ali Məclisin növbəti iclası keçirilib:

“Ali Məclisin rəhbərliyində təmsil olunan bir neçə şəxsin əvvəlcədən planlaşdırılmış şəkildə Nizamnamə tələblərini pozaraq, maraqları naminə Siyasi Şuranın qərarına etinasızlıq, partiya üzvlərinə isə hörmətsizlik göstərib və iclasda iştirak etməyərək, qurultayın çağırılması qərarını pozmağa çalışıb. Ali Məclis üzvləri çox təəssüflə bildirirlər ki, partiyanın siyasi simasının zədələnməsinə, ideoloji platformasının, etik və əxlaqi dəyərlərinin əleyhinə çıxan bu şəxslər iclasın baş tutmaması üçün məqsədyönlü iş aparmış, sağlam mübarizə aparmaq yolunu seçməkdənsə, gecə ikən partiyanın mərkəzi qərargahının qapısının kilidini dəyişməklə iclasın baş tutmasına mane olmağa cəhd ediblər. Təbii ki, onların bu qanunsuz əməlləri, Ali Məclisin iclasının keçirilməsinə mane ola bilmədi. Məclis üzvlərinin 86 faizi (56 Rayon Təşkilatından 50 nəfər və qurultayda seçilmiş üzvlərdən 6 nəfər) iclasda iştirak edərək Ədalət Partiyasının IX Qurultayının 17 may 2025-ci il tarixində keçirilməsi barədə yekdilliklə qərar qəbul etdilər”.

Qeyd olunub ki, Ali Məclis çoxminli partiya üzvlərinə qarşı bir neçə şəxsin sayğısız hərəkətlərini partiyadaxili siyasi münasibətlərə, həmkarlığa, ideoloji birliyə zidd addım sayır və bunun yolverilməz olduğunu bəyan edir:

“Partiya daxilində bütün davranışların partiya nizamnaməsi, qanunvericiliyə və milli-mənəvi, əxlaqi dəyərlərə uyğun qurulmasının alternativi olmadığını bildirir. Ali Məclis partiyada təmsil olunan hər kəsi iddialarını Nizamnaməyə uyğun olaraq təmin etmək üçün lazımı prosedurlara əməl etməyə çağırır. Ali Məclis bəyan edir ki, artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi seçilib və partiyanın bütün strukturlarının səlahiyyətləri ona verilib. Buna görə də Ali Məclis üzvləri rəhbərlikdə təmsil olunan və pozuculuqla məşğul olan bir neçə şəxsi, eləcə də Xəzər və Xətai rayon təşkilatlarının sədrlərini partiyadaxili həmrəyliyə çağırır, partiyanın qurultayında iştirak etməklə, öz təkliflərini və namizədlərini irəli sürmək hüququna malik olduqlarını bildirir.

Ali Məclis Ədalət Partiyasının yaradıcısı və ilk sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun siyasi irsinin, ideoloji baxışlarının davamçısı olaraq hər kəsi, o cümlədən, yalançı vədlərlə aldadılmaqda olan bir neçə partiya üzvünü səhv yoldan dönməyə, partiyanın inkişafına dəstək verməyə, qayda-qanunları, Nizamnamə tələblərini pozmaqdan çəkinməyə, partiyanın birliyini qorumağa və hər bir situasiyada ədalətli olmağa çağırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri