Icma.az
close
up
RU
“Ədalət” qəzetinin 35 illiyi ilə bağlı toplantı keçirilib

“Ədalət” qəzetinin 35 illiyi ilə bağlı toplantı keçirilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycan Mətbuat Şurasında “Ədalət” qəzetinin 35 illik yubileyi ilə bağlı toplantı keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid açıb və bildirib ki, “Ədalət” qəzeti Vətənimiz üçün taleyüklü bir vaxtda fəaliyyətə başladı. 1990-cı il iyulun 1-də keçmiş SSRİ-nin hələ mövcud olduğu bir dövrdə Mərkəzi Komitə nəşrin fəaliyyətinə icazə verdi, onun ilk nömrəsi isə iyulun 26-da işıq üzü gördü.

MŞ sədri eyni zamanda bildirib ki, Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi fəaliyyətə başlamış “Ədalət” həm də o dövrün Sovetlər Birliyindəki, bir növ, hüquqçuluq ab-havasının məhsulu kimi meydana çıxdı. Amma bu ab-havanı sabiq imperiyanın heç də hər yerində konkret ideyaya və reallığa çevirmək mümkün olmadı. Qarşıya qoyulmuş məqsəd yalnız Baltikyanı ölkələrdə və “Ədalət” qəzetinin timsalında Azərbaycanda gerçəkləşdi ki, bu, yazıçı, publisist, istedadlı qələm sahibi Aqil Abbasın və tanınmış hüquqşünas Adil Minbaşının əməyinin, inadkarlığının bəhrəsi idi.

Məlumdur ki, yubilyar qəzetin ilk adı “Hüquq” olub. Sonradan nəşrin “Ədalət” adlandırılması da bilavasitə A.Abbasın xidmətidir. Bu barədə söz açan R.Məcid onu da bildirib ki, yubilyar nəşr ötən 35 ildə cəmiyyətin maraq və mənafeləri naminə mübarizə apardı, ədalətli cəmiyyət, hüquqi dövlət  quruculuğu yolunda xidmətlər göstərdi. “Ədalət” ötən müddətdə peşəkar jurnalistika məktəbi kimi də özünü təsdiqləməyi bacardı, neçə-neçə tanınmış jurnalist, eləcə də ictimai xadim ilk addımlarını məhz bu qəzetdə atdı.

MŞ sədri çıxışında “Ədalət” qəzetinin Azərbaycan jurnalistikasında özünəməxsus missiya daşıdığını da vurğulayıb. R.Məcid nəşrin hadisə və proseslərə yanaşmasının, ayrı-ayrı təqdimatlarının onu cəmiyyətdə xeyli populyarlaşdırdığını diqqətə çatdırıb və əlavə edib ki, “Ədalət”in nüfuz qazanmasının başlıca səbəbi qəzetin klassik mətbuatımızın ənənələrini canlandırması ilə paralel surətdə gələcək naminə mübarizə aparması idi. Bu xətt maarifçilik xətti idi və cəmiyyətin mənafeləri ilə dövlətimizin maraqlarının uzlaşdırılmasını rəhbər tuturdu. Bu günün “Ədalət” qəzeti də ənənələrə sadiqlik kursunu qoruyur, müasir dövrlə ayaqlaşaraq fəaliyyət göstərir.

Qeyd edək ki, “Ədalət” qəzeti Mətbuat Şurasının diplomu ilə təltif edilib. R.Məcid diplomu nəşrin təsisçisi Aqil Abbasa təqdim edib. Qəzetin əməkdaşlarının bir qrupu isə Şuranın təşəkkürnamələri ilə təltif olunub.

Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, vaxtilə qəzetdə çalışmış əməkdar jurnalistlər Aydın Ağazadə və Rəşid Faxralı, yubilyar nəşrin əməkdaşları Əbülfət Mədətoğlu, Nicat Rüstəmov, Asif Talıboğlu, Mətbuat Şurasının icraçı katibinin müavini İlqar Tağıyev və başqaları hazırda tanınmış publisist və yazar İradə Tuncayın baş redaktorluğu ilə fəaliyyət göstərən “Ədalət”in yarandığı dövrə ekskurs edərək, nəşrin çətinliklərə və məhrumiyyətlərə sinə gərmək nümunəsi olduğunu vurğulayıblar. Onlar, həmçinin, mətbuatın ədalətli cəmiyyət quruculuğu naminə əzmlə çalışmasının örnəyi kimi meydana atılmış qəzetin ölkəmizdə ictimai fikrin formalaşmasında əvəzsiz rol oynadığını vurğulayaraq, onun bütöv bir jurnalist nəslinin yetişməsinə də layiqli töhfələr verməsindən söz açıb, xatirələrini bölüşüblər.

Natiqlər, eyni zamanda, intellektual yüklü, düşündücürü məqalələrlə oxucularının görüşünə gələn, səmimiyyəti və istedadı ilə fərqlənən qələm sahiblərini bir araya gətirən “Ədalət” qəzetini kəskin rəqabət şəraitində ayaqda qalmağın nümunəsi kimi də səciyyələndirib, nəşrin gələcəkdə eyni dəst-xətti və statusu qoruyacağına, daha böyük rəqəmli yubileylərini qeyd edəcəyinə inandıqlarını vurğulayıblar.

“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas çıxışında yubilyar media orqanının keçdiyi yolu bütövlükdə müstəqil Azərbaycanın inkişaf yolu olaraq səciyyələndirib, nəşrə verilən yüksək dəyərə və qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see140

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri