Icma.az
close
up
RU
“Ədalət”i səngərdə çıxarmışam 35 illik QƏZET

“Ədalət”i səngərdə çıxarmışam 35 illik QƏZET

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ədalət" qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 35 il ötür.

1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb.

Bu münasibətlə Modern.az qəzetin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbasla əlaqə saxlayıb və qəzetin 35 illik fəaliyyətinə dair təəssüratlarını öyrənib.

O bildirib ki, “Ədalət” qəzeti fəaliyyətə başladığı gündən bu günə qədər dövlətçiliyin, xalqın, millətçiliyin və ədalətin tərəfində dayanıb:

"Əslində biz Molla Nəsrəddin və Üzeyir Hacıbəylinin keçdiyi yolu keçmişik. Qəzet hər zaman dövlətin, xalqın yanında olub və bu yolla da davam edirik. “Ədalət” Azərbaycan mətbuatına bir sıra yeniliklər gətirib. Məsələn, əvvəllər qəzetlərdə xəbərlər sonuncu səhifədə yer alırdısa, biz onları birinci səhifədə verirdik. Bu, o dövrdə hamını təəccübləndirmişdi”.

Həmsöhbətimiz əlavə edib ki, “Ədalət” qəzeti eyni zamanda Mirzə Cəlil məktəbi idi:

“Bəzən görürdüm ki, başqa qəzetlər bizi təqlid etməyə çalışırlar. Mənə gülməli gəlirdi. Yazırdım ki, “a bala, mən Mirzə Cəlilin gözündən içmişəm, siz isə arxdan içirsiniz”. Gedin, Mirzə Cəlili yaxşı oxuyun, onun kimi yazmağa çalışın”.

Müsahibimiz onu da qeyd edib ki, “Ədalət” qəzetini səngərdə - müharibə şəraitində çap etdirib:

"1991-1993-cü illərdə qəzet faktiki olaraq yalnız əsgərlərin qəzeti idi. Döyüş bölgələrindən reportajlar hazırlayırdıq. Məsələn, İsmət Qayıbovun vertolyotu vurulanda hadisə yerinə birinci bizim müxbir çatmışdı.O elə yerindəcə, reportaj hazırlayıb dərhal təqdim etmişdi”.

O həmçinin söyləyib ki, qəzetdə güclü bir kollektiv də formalaşmışdı. “Sonradan həmin əməkdaşların bir qismi redaktor oldu, jurnallar təsis etdilər, mətbuatın müxtəlif sahələrində çalışdılar. Elə bu səbəbdən “Ədalət” bir məktəb idi."

A.Abbas vurğulayıb ki, “Ədalət” qəzeti Azərbaycanda müstəqillik dövründə rəsmi şəkildə nəşrinə icazə verilən ikinci qəzet idi:

"Birinci “Azadlıq”, ikinci "Ədalət”, üçüncü isə “Ayna” qəzeti idi. Həmin dövrdə “Yeni Müsavat” da çap olunurdu, amma hələ rəsmi qeydiyyatdan keçməmişdi. Ümumilikdə isə Azərbaycanda müasir mətbuat ənənəsi Sabir Rüstəmxanlının rəhbərlik etdiyi “Azərbaycan” qəzetindən də bəhrələnib”.

Qəzetin gələcəyi ilə bağlı danışan Aqil Abbas bu sahədə bəzi narahatlıqlarını da dilə gətirib:

“Ədalət”in gələcəyi ilə bağlı xüsusi arzum yoxdur, bu günə qədər gəlib çıxmışıq. Amma zaman dəyişir. Ola bilər ki, gələcəkdə qəzetlər heç kimə lazım olmasın. Hazırda da qəzetə tələbat çox azdır. Mən düşünürəm ki, onlayn media heç vaxt ictimai şüuru formalaşdıra bilməz. Buna görə də qəzetlərin mövcud olması daha yaxşı olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyul 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri