Ədalət Tahirzadənin yeni kitabı işıq üzü gördü
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməyi (15.11.1919 - 01.01.1920)" kitabı işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitaba Azərbaycan Milli Şurasının və Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci ildə qəbul etdikləri 298 qanun və normativ-hüquqi akt daxil edilib. Bu sənədlər 15.11.1919 - 01.01.1920 tarixləri arasında iki dildə - türkcə (əski ərəb qrafikasında) və rusca çıxmış “Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməyi” və “Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики” dərgilərinin 4 sayında toplanıb.
Kitabı nəşrə hazırlayanlardan tarixçi, professor Ədalət Tahirzadə “Sherg.az”a danışıb:
“ Hazırda gənclər Cümhuriyyətin şanlı tarixini çətinliklə öyrənir, çünki o zaman nəşr edilmiş kitablar, dərgilər və qəzetlər həm nadir tapılır, həm də əski ərəb qrafikasında olduğuna görə onları oxumaq çox zəhmətlidir. Buna görə də o nəşrləri üzə çıxararaq, əski ərəb yazısındakıları çağdaş əlifbamıza çevirmək tarixçilərimizin borcudur. Cümhuriyyətdən bizə yadigar qalmış nadir nəşrlərdən biri iki dildə - türkcə və rusca çıxmış “Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməyi” (bundan sonra: “Məcmə”) və “Собрание узаконений и распоряжений правительства Азер¬байджанской Республики” (bundan sonra: “Собрание”) dərgiləridir. Bunlar Azərbaycan Milli Şurasının və Azərbaycan Cümhuriyyəti hökumətinın 1918-ci ildə qəbul etdikləri qanun və normativ-hüquqi aktların sistemli dərc edildiyi toplulardır. Hesab edirəm ki, bu kitab Azərbaycan Cümhuriyyəti dönəminin qanunvericilik bazasının öyrənilməsi, dövlət idarəçiliyinin strukturu və funksiyalarının müəyyənləşdirilməsi, mühakimə və hüquq sisteminin təhlili, iqtisadi-sosial proseslərin sənədlərlə izlənməsi baxımından birinci əldən qaynaqdır. Tərtibçilər əsəri öz məhdud maddi imkanları hesabına nəşr etdirdiklərindən kitab 100 nüsxə çıxdı. Bu səbəbdən satışda olmayacaq”
Baxış sayı:105
Bu xəbər 29 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















