Icma.az
close
up
RU
Nurəddin Ədiloğlunun yeni kitabı işıq üzü gördü

Nurəddin Ədiloğlunun yeni kitabı işıq üzü gördü

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə “Xudafərin” nəşriyyatının çap etdiyi “Bir ananın taleyi adlı” kitab Masallı rayonunun Yeddioymaq kənd sakini Hacı Xanımnənə Qulam qızının 100 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, ötən ilin noyabr ayından nəşrə hazırlanan kitabın internet portallarında yayımlanan “Canavarla üz-üzə” hekayəsi oxucu və izləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanmışdı.
12 bölümdən ibarət, iki hissəli kitabın ideya müəllifi Üzeyir Salayev, redaktoru isə tanınmış filosof-şair Rafael Həbiboğludur.
Eyniadlı kino-povest əsasında qələmə alınan “Bir ananın taleyi” kitabında müəllif bədii yaradıcılıq ənənələrinə sadiq qalaraq qadın–ana obrazını oxucunun gözləri önündə daha dolğun canlandırır. Bu məqsədlə hekayə, esse, maraqlı fraqmentlər və portret ştrixlərindən ustalıqla istifadə olunur.
Kitabı yalnız ədəbi mətn deyil, həm də bir növ mənəvi sənəd, gələcək nəsillər üçün yazılmış səssiz bir etiraf, unudulmamaq üçün tutulmuş yaddaş qeydi adlandıran ön sözün müəllifi, çağdaş milli düşüncə mühitində sözü və mövqeyi ilə seçilən professor, doktor Hüseyn Şərqi yazır:
“Müəllif ananı ucalığa qaldırmaq üçün onu idealizə etmir; əksinə, onu olduğu kimi göstərir. Elə bu səbəbdən də oxucu bu ananı anlayır, hiss edir, bəzən öz anasını, bəzən də öz taleyini onun simasında görür…
‘Bir ananın taleyi’ni oxuyarkən insan anlayır ki, tarix yalnız böyük hadisələrdən, müharibələrdən, siyasi qərarlardan ibarət deyil. Tarix həm də mətbəxdə göz yaşı ilə bişirilən çörəkdir, gecələr gizlincə edilən dualardır, səhərə ümidlə açılan gözlərdir. Bu kitab məhz həmin görünməyən, amma hər şeyi daşıyan həyat qatını üzə çıxarır…”
Xatırladaq ki, yazıçı-dramaturq Nurəddin Ədiloğlu bir sıra tarixi roman, sənədli povest və dram əsərlərinin, eləcə də Masallının görkəmli şəxsiyyətlərinin həyatına həsr olunmuş “Ruhani dünyası”, “Yarımçıq qalmış şikəstə”, “Sarəng zirvəsi”, “Bizim ağamız”, “Seyid Sadıq aləmi”, “Sonuncu monoloq”, “Masallı Mamed”, “Ölməzlik haqqı”, “Masallı -cənnət Misallı” və digər bədii-publisistik kitabların müəllifidir. Onun ssenariləri əsasında sənədli və bədii filmlər çəkilib, rəhbəri olduğum “Masal Production” film şirkətinin istehsal etdiyi sənədli filmlərdə məsləhətçi kimi fəaliyyət göstərib.
Əgər kimsə Masallının tarixi, mədəniyyəti, mətbəxi, şəxsiyyətləri haqqında öyrənmək istəyirsə onun kitablarına müraciət edə bilər. Nurəddin Ədiloğlu müəllifi olduğu 35 kitabın 32-si bilavasitə və ya dolayısı ilə Masallıdan bəhs edir. Müəllifin qələminə yaxından bələd olan bir jurnalist, ssenarist, ictimai fəal kimi əminəm ki, “Bir ananın taleyi” kitabı anaya, nənəyə, bir sözlə, qadına ülvi duyğular aşılayan bu kitab quzeyli-güneyli Azərbaycanda gənc ailələrin marağına səbəb olacaqdır. 
Cəfər Cəfərov
Jurnalist-ssenarist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Mart 2026 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri