Ədalət Vəliyev Türkiyənin vitse prezidenti ilə GÖRÜŞÜB
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Cevdet Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, görüşdə Türkiyə-Azərbaycan əlaqələrinin çatdığı qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsini daha da irəli daşımaq üçün atıla biləcək konkret addımlar və regional məsələlər müzakirə olunub:
“Cənab Vəliyevə və nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm. Qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” anlayışı çərçivəsində qarşılıqlı etimad və həmrəylik əsasında inkişaf etdirməyə davam edəcəyik”.
Elmir Mustafa
“Cebheinfo.az”
Açar sözlər: Ədalət Vəliyev Cevdet Yılmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















