Icma.az
close
up
RU
Ədalət Vəliyev Ədalət Partiyasının yeni sədri ilə görüşüb

Ədalət Vəliyev Ədalət Partiyasının yeni sədri ilə görüşüb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Mayın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ədalət Partiyasının IX qurultayında yeni seçilmiş sədri Mütəllim Rəhimov ilə görüşüb.

M.Rəhimovu partiya sədri seçilməsi münasibətilə təbrik edən Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə demokratik münasibətlərin təcəssümü olan siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirib. Həmçinin əldə olunmuş tarixi Qələbə, uğurla icra olunan Böyük Qayıdış proqramı, Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan çoxsahəli islahatlar, ölkədə həmrəylik mühitinin qorunması üçün görülmüş işlər, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı və digər bu kimi məsələlər haqqında danışan Administrasiya rəsmisi son zamanlar siyasi partiyaların ölkənin ictimai həyatında artan rolunu qeyd edib.

Görüşdə cəmiyyəti düşündürən məsələlərlə bağlı siyasi partiyalar ilə açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında danışılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdiriləcəyi vurğulanıb.

Sədri olduğu partiya üçün dövlətçilik mövqeyinin və milli maraqların hər zaman mütləq prioritet təşkil edəcəyini bildirən M.Rəhimov deyib ki, Ədalət Partiyası Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məsələsində fəal mövqe tutacaq. İqtidarla və ölkədə fəaliyyət göstərən digər partiyalarla açıq əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulayan M.Rəhimov gələcəkdə mövcud istiqamətdə müxtəlif layihələrin icra olunması niyyətini də diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri