Icma.az
close
up
RU
Ədalət Verdiyev: Ermənistan separatçı simvollarını qanunla qadağan etməlidir

Ədalət Verdiyev: Ermənistan separatçı simvollarını qanunla qadağan etməlidir

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Siyasi şərhçi Aşot Safaryan sosial şəbəkə hesabında paylaşdığı yazıda Ermənistan stadionlarından birində polis əməkdaşının azarkeşdən Qarabağ separatçılarının əski parçasını yığışdırmağı tələb etməsini simvolik hadisə kimi qiymətləndirib.

Aşot Safaryan Ermənistanda baş verən son hadisələri “Overton pəncərəsi”nin nümunəsi adlandıraraq hakimiyyəti sərt tənqid edib.

Gununsesi.info -ya danışan hərbi ekspert Ədalət Verdiyev məsələyə münasibət bildirib.

O qeyd edib ki, bu müsadirə faktı qalıb Azərbaycan ilə məğlub Ermənistan arasında münasibətlərin pozmamaq məqsədilə atılan doğru addımdır, hətta Ermənistan əhalisinin böyük bir hissəsi bu addıma dəstək verir, amma müsadirə özlüyündə Ermənistan qanunvericiliyinə ziddir addımdır.

“Çünki bu müsadirə mövcud Ermənistan qanunvericiliyində nəzərdə tutulmur və siyasi rəhbərliyin verdiyip şifahi göstərişə əsaslanır. Ermənistan ərazisində seperatçı rejimin simvollarının istehsalı, satışı, daşınması, ölkəyə gətirilməsi, ölkədən çıxarılması və təbligi qadağan deyil. Bəs bu vəziyyətdən çıxış yolu varmı? Məncə var.

Bilirik ki, Ermənistan yaxın aylarda yeni konstitusiya qəbul etməyə hazırlaşır. Ləng də olsa yeni mətn hazırlanıb. Əvvəllər deyildiyini, Ermənistan konstitusiyasında dəyişiklik olmayacaq, bu müəlliflərə çox sayda çətin suallar yarada bilər. Yeni konstitusiya qəbul ediləcək. Ermənistanin yeni  konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı mövcud olan ərazi iddiaları mütləq çıxarılacaq, erməni xalqı da bu iddialardan əl çəkdiyini referendum vasitəsilə bütün dünyaya bəyan edəcək. Bunlar hamısı mütləq olacaq, çünki Ermənistanın və onun əhalisinin başqa çıxış yolu yoxdur”,-deyə ekspert əlavə edib.

Onun fikrincə, yeni konstitusiyada iki mühüm məsələnin də əks olunması Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin daha sürətlə normallaşmasına şərait yarada bilər ki, bunlardan biri seperatçı rejilm simvollarının qadağan edilməsi və buna görə hüquqi məsuliyyətin təyin edilməsi ilə bağlıdır:

“İkinci məsələ isə Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qayıdışı ilə bağlıdir. Bəlkə də Ermənistanda bu iki məsələyə etiraz edənlərin sayı, ərazi iddialarının konstitusiyadan çıxarılmasına etiraz edənlərin sayından daha çox olacaq, amma proseslərin gedişatı onu göstərir ki, Ermənistan son illər ərzində dəfələrlə tələblərimizə əvvəlcə yox deyib, 1-2 ay sonra isə bizim tələblərimizi “Ermənistanın təklifləri” kimi ictimaiyyətə təqdim edib. Qarabağın kimə aid olması, Zəngəzur dəhlizi, rus kontingentinin fəaliyyəti, Laçın sərhəd keçid məntəqəsinin qurulması, Qarabağa humanitar yardım gətirilməsi, sərhədlərin demarkasiya prosesi və onun istiqaməti, antiterror əməliyyatı zamanı Ermənistandan tələbimiz, Qazaxın kəndlərinin qaytarılması və s. kimi məsələləri və onların nəticələri bir çoxlarına yaxşı məlumdur.

Odur ki, Ermənistanda konstitusiya layihəsi ilə məşğul olan şəxslər bu tələbləri səxsi təklifləri kimi müzakirə edərək dayanıqlı sülhün və qarşılıqlı etimadın əldə olunmasına gedən yolu daha da qısalda bilərlər.

Ermənistan ənənəvi müttəfiqləri ilə ciddi problemləri var. Yeni müttəfiqlər hələlik yoxdur. Köhnələr arasından bəziləri geosiyasi maraqlarına görə Ermənistana kimsənin almadığı  3-5 ədəd silah verməklə kifayətlənirlər. Amma onlar regiondan çox uzaqdadir.

Ernənistanın təhlükəsizliyinə zəmanəti yalnız Azərbaycan zəmanət verə bilər. Bizim tələb və təkliflərə İrəvan maksimum dərəcədə diqqətlə yanaşmalıdır. Bu regionun, xüsusilə də Ermənistanın inkişafı üçün yeganə çıxış yoludur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri