Ədalət Verdiyev: Ermənistan sülh sazişini imzalamaq niyyətində deyil
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistanın xarici işlər naziri Ağrıdağ Mirzəli yerli televiziyaya verdiyi müsahibədən məlum olur ki, Ermənistan Azərbaycan ilə sülh sazişi bağlamaq niyyətində deyil. A.Mirzəli bildirib “Ermənistan və Azərbaycan arasında bir sıra vacib məsələlərdə hələ də qarşılıqlı anlaşma yoxdur, həll olmayan məsələlərdən biri də Bakının Ermənistan konstitusiyasında dəyişiklik tələbidir”.
Gununsesi.info bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib:
“Sülh sazişinin paraflanmasından sonra Ermənistan tərəfindən belə bir açıqlama verilməsi, ən yaxşı halda rəsmi İrəvanın imzalama prosesini uzatmaq, ən pis halda isə ümumiyyətlə bu sazisi imzalamamaq niyyətindən xəbər verir.
Ermənistan həm Konstitusiyasında dəyişiklik və ya yenisinin qəbulu, həm də soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli qayıdış barədə Azərbaycanın haqlı tələblərindən xəbərdardır. İrəvan bu tələbləri yerinə yetirməyə məcburdur. Başqa yolu yoxdur. Ya öz xoşu ilə, ya da məcburən bu tələblər Ermənistan tərəfindən yerinə yetiriləcək. Bu tələblər həll olmayana qədər Ermənistanda sülh də olmayacaq. Arpa, bugda, kəpək, benzin olacaq, amma sülh olmayacaq. Sülh yoxdursa, onun alternativi münaqişədir və ya müharibədir. Bu alternativlərin hər ikisi son 31 ildə Ermənistana yaxşı heç nə vəd etməyib və etmir.
Ermənistan əslində “bir güllə ilə iki sürətli fərari dovşan” vura bilər. Məsələn parlament seçkilərində yeni konstitutsiyanın qəbulu haqqında referendum keçirilir, paralel olaraq yeni konstitutsiyada soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı barədə maddə əlavə edir”.
Ədalət Verdiyev qeyd edib ki, prosesin sülh sazişinin imzalanması ilə yekunlaşmasının tək və ən sürətli yolu budur:
“İşğalçı ölkənin Bakıda məhkəməsi davam edən cinayətkar ermənilər barədə danışması heç nəyi dəyişdirməz. Amma rəsmi Bakının 30 illik işğal tarixinə malik Ermənistanın hərbi potensialını məhdudlaşdırmaq, reparasiya, mina xəritələri, itkin Azərbaycan vətəndaşları və s. barədə təkliiflərini yenidən gündəmə gətirə bilər.
Ermənistan iqtidarı ağıllı olmalıdır, ağlına və ağzına gələni dilinə gətirməkdən çəkinməlidir, olub keçənlərdən ibrət dərsi çıxarmalıdır və nəhayət Prezident Əliyevin tələblərini yerinə yetirməlidir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















