Icma.az
close
up
RU
Ədalətin işığında Prokurorluq peşə bayramı

Ədalətin işığında Prokurorluq peşə bayramı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir millətin gücü yalnız ordusunda və sərvətlərində deyil, həm də onun ədalətinə olan inamında ölçülür. Dövlətin ən möhkəm dayağı – qanunun aliliyi, insanın hüquq və azadlıqlarının toxunulmazlığıdır. Bu müqəddəs vəzifənin keşiyində isə prokurorluq orqanları dayanır.
Prokurorluq sadəcə bir qurum deyil – o, xalqın ədalətə olan ümidinin rəmzidir. Prokuror – qanunu qoruyan, haqqın səsini ucaltmaqdan çəkinməyən, vətəndaşın hüququnu öz haqqı qədər müqəddəs bilən bir şəxsdir. Bu peşə yalnız bilik, savad, hüquqi təcrübə deyil, eyni zamanda vicdan, mərdlik və əxlaqi möhkəmlik tələb edir.
Prokurorluq əməkdaşları səs-küysüz, təmtəraqsız, lakin ən ağır yükü daşıyan insanlardır. Ədaləti qorumaq – onların həm peşəsi, həm də həyat fəlsəfəsidir.
Azərbaycanın dövlətçiliyinin formalaşdığı çətin dövrlərdən bu günədək prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizədə, ədalətin bərpasında, qanunun aliliyinin təminində şərəfli bir yol keçmişdir. Onların hər günkü fəaliyyəti – xalqın təhlükəsizliyinə, sabitliyinə, etibarına xidmət edir.
Ədalət günəş kimidir – doğmasa, dünya zülmətə bürünər. O günəşin doğması üçün isə prokurorluq əməkdaşları hər gün öz vicdanlarını rəhbər tutaraq keşiyə dayanırlar.
Prokurorluq mənim üçün sadəcə qanunun keşiyində duran dövlət qurumu deyil. O, həm də insanların qanunun gücünə olan inamının, haqsızlığa qarşı mübarizə gücünün simvoludur. Mən dəfələrlə şahid olmuşam ki, prokurorluq əməkdaşları ən çətin situasiyalarda belə qanunun tərəzisini qorumağa çalışırlar. Bəzən gecəsini gündüzünə qatan, ailəsini görməyə belə vaxt tapmayan prokurorluq işçilərinin zəhməti göz önündə olmur. Amma onların işi sayəsində cəmiyyətimiz daha təhlükəsiz, insanlarımız isə daha etibarlı yaşayır. Çünki qanunun olduğu yerdə ədalət var, ədalətin olduğu yerdə isə əmin-amanlıq və sabahımıza ümid dayanır.
Bu gün prokurorluq işçilərinin peşə bayramını qeyd etməklə biz təkcə bir peşəni deyil, haqqı və ədaləti bayram edirik.
Qanun bir tərəzi, prokuror isə onun ədalətli tərəzisidir. O tərəzinin azacıq əyilməsi bütün cəmiyyətin taleyinə toxuna bilər. Bu gün həmin məsuliyyətli tərəzini qoruyanların bayramıdır.
Bəli, prokurorluq bir məsuliyyətdir. Çünki prokurorluğun hər imzasında, hər qərarında, hər addımında yüzlərlə taleyin, yüzlərlə ümidin yükü var.
Ədalətin işığında yol gedən bütün prokurorluq əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm iradə və xidmətlərində uğurlar arzulayırıq. Qoy qanunun səsi daim uca, ədalətin nuru daim parlaq olsun!
Gülər Mübariz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri