Icma.az
close
up
RU
“Prokurorluq dövlətin sərt əlini deyil, ədalətin səsini ifadə edir” Əliməmməd Nuriyev

“Prokurorluq dövlətin sərt əlini deyil, ədalətin səsini ifadə edir” Əliməmməd Nuriyev

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramı günüdür.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Gununsesi.info -ya açıqlamasında bildirib ki, prokurorluq yalnız qanunun deyil, həm də ədalətin keşikçisidir:

“Prokurorluq hüquqi dövlətin əsas dayaqlarından biridir. Onun funksiyası yalnız cinayət işlərinin istintaqı və dövlət ittihamının müdafiəsi ilə məhdudlaşmır. Prokurorluq qanun aliliyinin təminatçısı, vətəndaşların hüquqlarının qorunmasının ən mühüm alətlərindən biridir. Ədalət məhkəmə zalında deyil, ilk araşdırmada, dövlət ittihamının vicdanla müdafiəsində, zərərçəkmişin hüquqlarının qorunmasında özünü göstərməlidir”.

Fond rəhbəri vurğulayıb ki, son illərdə həyata keçirilən islahatlar, elektron şəffaflıq alətləri, kadr hazırlığının gücləndirilməsi və ictimaiyyətlə açıq dialoq bu inamı daha da möhkəmləndirib:

“Hörmətli Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə aparılan dəyişikliklər prokurorluğu formal bir dövlət orqanı olmaqdan çıxararaq cəmiyyətin ədalət dayağına çevirib. Şəffaflıq sadəcə prosedur deyil, həm də dəyərdir. Maarifləndirmə yalnız bilik ötürmək deyil, hüquqi şüuru formalaşdırmaqdır. İnsan hüquqları isə yalnız normativ aktlarda yazılan norma deyil, insanın vicdanla və dürüst yaşamaq haqqıdır. Prokurorluğun gücü yalnız qanunvericilikdə yazılmış səlahiyyətlərində deyil, cəmiyyətin yaddaşında buraxdığı ədalət izindədir. Əgər vətəndaş prokurorluğa baxanda dövlətin sərt əlini deyil, ədalətin nəfəsini görürsə, deməli, bu institut öz missiyasını yerinə yetirir”.

Əliməmməd Nuriyev prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və onlara möhkəm cansağlığı, vicdanla xidmət yollarında uğurlar arzulayıb.(QHT.az)

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri