Icma.az
close
up
RU
Ədalətin seçici olmadığı bir dünya Prezident İlham Əliyevin BMT də tarixi çıxışı

Ədalətin seçici olmadığı bir dünya Prezident İlham Əliyevin BMT də tarixi çıxışı

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Dünya siyasətinin ən yüksək tribunası – BMT Baş Assambleyası bu günlərdə bir daha Azərbaycanın səsini eşitdi. Prezident İlham Əliyevin 80-ci sessiyada etdiyi çıxış yalnız ölkəmizin deyil, bütövlükdə beynəlxalq aləmin diqqətini çəkdi. Bu çıxışda səslənən fikirlər sadəcə diplomatik bəyanatlar deyildi, gələcək nizamın siyasi manifesti idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, Prezidentin “Gəlin birlikdə ədalətin seçici olmadığı bir dünya quraq” çağırışı, şübhəsiz ki, ən çox sitat gətirilən mesaj oldu. Bu, həm beynəlxalq münasibətlərdə ikili standartların tənqidi idi, həm də Azərbaycan diplomatiyasının gələcək istiqamətini göstərən strateji yanaşma. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, ədalət anlayışı güclülərə sərf edən mexanizmə çevrilməməlidir.

Azərbaycan lideri nitqində ölkəmizin son illərdə qazandığı qələbəni də beynəlxalq ictimaiyyətə xatırlatdı: “Biz həm müharibədə, həm də sülhdə qalib gəldik”. Bu sözlərdə təkcə hərbi zəfərin qüruru deyil, həm də regionda sülh quruculuğu prosesində Azərbaycanın lider mövqeyi əks olunur. Qələbənin davamı olaraq işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa və reinteqrasiya işləri ölkəmizin strateji baxışının nümunəsidir.

“Çıxışın ən diqqətçəkən məqamlarından biri Ermənistanla danışıqlar barədə deyilənlər idi. Prezident vurğuladı ki, proseslər yalnız ikitərəfli formatda aparıldığı üçün real nəticə verib və artıq sülh müqaviləsi layihəsi beş əsas prinsip əsasında formalaşıb. Bu, Azərbaycanın müstəqil və suveren iradəsinin göstəricisidir: heç bir vasitəçiliyə ehtiyac olmadan regionun taleyini müəyyən etmək.

Eyni zamanda, Prezident İlham Əliyev beynəlxalq münasibətlərin yeni xəttini ortaya qoydu. ABŞ ilə əlaqələrin strateji müstəviyə keçdiyini bəyan edən dövlətimizin başçısı Strateji İşçi Qrupunun yaradılacağını və tərəfdaşlığın Xartiya ilə rəsmiləşəcəyini bildirdi. Bu addım Azərbaycanın Qərblə münasibətlərini dərinləşdirməklə yanaşı, ölkəmizi beynəlxalq siyasətdə etibarlı tərəfdaş kimi daha da möhkəmləndirəcək”, - deyə müsahibimiz əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan lideri, həmçinin regional bağlantı və enerji diplomatiyasını çıxışının ön sırasına gətirdi. Bu, təsadüfi deyil. Çünki ölkəmiz bu gün nəinki regionun, hətta Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçulardan biridir. Bakı-Tbilisi-Ceyhan kəmərindən Xəzər dənizindəki alternativ enerji layihələrinə qədər bütün strateji xətt Azərbaycanın dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq missiyasını əks etdirir.

Azərbaycan Prezidentinin BMT tribunasındakı çıxışı həm ritorik gücü, həm də siyasi məzmunu ilə seçildi. O, bir tərəfdən ölkəsinin gücünü nümayiş etdirdi, digər tərəfdən isə ədalətə və beynəlxalq hüquqa sədaqəti ön plana çəkdi. Bu, diplomatiyanın ən düzgün tarazlığı idi – həm mövqeyini diktə etmək, həm də qlobal dəyərlərə sadiq qalmaq.

Siyasi müşahidəçilərin haqlı olaraq bu çıxışı Azərbaycanın gələcək onilliklər üçün siyasi yol xəritəsi adlandırdıqlarını diqqətə çatdıran E.Akimova deyib ki, burada sülhün qurulması, strateji tərəfdaşlıqların inkişafı, enerji və kommunikasiya xətlərində mərkəz rolunun möhkəmləndirilməsi aydın şəkildə görünür. Lakin qarşıda duran vəzifələr az deyil: sülh müqaviləsinin tam reallaşdırılması, ABŞ ilə yeni mərhələnin konkret nəticələr verməsi, enerji siyasətində diversifikasiyanın davam etdirilməsi həlledici olacaq.

“Amma bir həqiqət danılmazdır: Azərbaycan BMT tribunasından yalnız öz sözünü demədi, həm də gələcək qlobal nizamın ədalət prinsiplərinə əsaslanması üçün çağırış etdi. Prezident İlham Əliyevin çıxışı beynəlxalq aləmdə rezonans doğurmaqla yanaşı, ölkəmizin dövlətçilik iradəsini və siyasi sabitliyə bağlılığını da nümayiş etdirdi. Bu, sadəcə bir nitq deyildi – Azərbaycanın dünya siyasətində artan rolunun təsdiqi idi”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri