Icma.az
close
up
RU
Ədalətli sosial ədalət siyasətini həyata keçirən qətiyyət

Ədalətli sosial ədalət siyasətini həyata keçirən qətiyyət

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bu gün həqiqətən qlobal dünyada region problemləri və regionlarda sosial ədalətin tam bərpası ilə bağlı neqativ hallar müşahidə olunur. Ölkə başçımızın son icra başçılarının qəbulu zamanı bir çox məsələlərə toxunuldu. O cümlədən sosial ədalətin regionlarda bərpası məsələsi də gündəmə gətirildi.
Hər kəsin qanun qarşısında eyni hüquq və imkanlara malik olduğunu bilirik. Sosial ədalətin mahiyyəti buradan başlayır. İndiyə qədər bu pozuntuların baş verməsi ilə bağlı cənab prezidentin verdiyi mesajlar ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır. Bu yollara əl atan məmurlar qətiyyən arxayın olmasınlar. Azərbaycanın dövlət qurumlarının ən sərt və ədalətli tədbirləri ilə rastlaşacaqlarından əmin olsunlar.
Cənab prezidentin son göstəriş və tapşırıqlarından açıq-aşkar görünür ki: Rayonlarda sosial ədalətin tam bərpası üçün təhsil sahəsində keyfiyyətli məktəblər, yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş məktəblər yaradılmalı və artıq yaradılır. Səhiyyədə modernləşmə və sosial paketlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsi vacibdir. Ədalətli iqtisadiyyatın təmin olunması, oliqarx monopoliyalarının sıradan çıxarılması önəmlidir.
Sosial ədalət bir sözlə cəmiyyətin inkişafının əsas təməl daşıdır. Hörmətli prezidentimiz bu ədaləti məmurlardan tələb etdi.
Digər vacib məsələ regionların inkişafı və bölgələrdən şəhərə axının azaldılmasıdır. Bu, bizim üçün çox önəmlidir, çünki 44 günlük müharibə cəmiyyətdə psixoloji böyük sıçrayış yaratdı. Bu sıçrayış vətənə olan sevgini və onun müqəddəsliyini nümayiş etdirdi.
Bölgələrimizdə təbii olaraq şəhərə axının sürətlənməsi normaldır. Bəzi hallarda isə süni şəkildə insanların köç etməsinə məhkum edən məmurlar olub və indidə var. Dövlətin bu problemin aradan qaldırması üçün qəbul etdiyi proqramlar tam gücü ilə həyata keçirildikdə, suni məcburiyyətlərə artıq imkan qalmayacaq.
Regionların inkişafı ilə bağlı qəbul olunan strateji çərçivə əsasən belədir: iqtisadiyyatın güclənməsi, kənd təsərrüfatında modernləşmə, sənaye parklarının və istehsalatın genişləndirilməsi. Bu iqtisadi addımlar şəhərə axının qarşısını ala bilər. Burada bəzi dövlət qurumlarının desentralizasiyası və regional baş idarələrin yaradılması da önəm daşıyır.
Qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün çatışmayan problemləri aradan qaldırmaq məqsədilə dövlətimiz artıq əməli, sistemli fəaliyyət proqramlarını hazırlayıb. Bu uzun və çətin proses olsa da, mümkündür. Yerli məmurlar bunu vicdanla həyata keçirməli, rayonlara qoyulan investisiyalar sağlam və şəffaf olmalıdır. Cənab prezident xüsusi olaraq bunu vurğuladı.
Şəhərə axını səbəb kimi yox, nəticəyə çevirməliyik. İnsanlar bölgədə olaraq şəhərdəki həyat səviyyəsinin üstünlüklərini hiss edib yaşamalıdır. O şərait regionlarda qurulmalıdır.
Kiçik və orta biznesə dəstək, startap və innovasiya mərkəzlərinin qurulması, region KOB pasportu, vergi, torpaq və enerji güzəştləri, rəqəmsal inkişaf, startaplar üçün server parkları, rayonlarda peşə təlim mərkəzləri, STEAM məktəbləri bütün bu proseslər həyata keçirilməlidir. Mənə olan məlumata görə, proqramlar qəbul olunub, amma onları vicdanla icra etmək və savadlı kadrlara ehtiyac var. Cənab prezidentin verdiyi tapşırıqlar və səsləndirdiyi mesajlar bütün məmurların fəaliyyət proqramına, gündəlik iş rejiminə çevrilməlidir. Biz birlikdə güclüyük, hamı dövlət və millət üçün çalışmalıdır. Bundan şərəfli xidmət, müqəddəs amal yoxdur.
Eləcə də xalqımızı Dirçəliş günü münasibətilə təbrik edirəm.
Biz artıq Zəfər günümüzün beş illiyini qeyd etdik. Bu Zəfər günündə strateji prioritetlərimizin dəyişməsi, qlobal dünyanın tələblərində hədəflərimiz, siyasi idarəetmənin çevikləşməsi, siyasi strategiyamızın yenilənməsi və milli ideologiyamızın yeni metodlarla yayılması möhkəmlənməsinin şahidi olduq. Tarixdə qürurla həmişə andığımız qələbələrimiz çox olsun, dəyərli soydaşlar.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri