Icma.az
close
up
RU
Ədalətli sülhün qüdrətli lideri Prezident İlham Əliyev

Ədalətli sülhün qüdrətli lideri Prezident İlham Əliyev

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan dünyada sülh, təhlükəsizlik, ədalətli siyasət və hərtərəfi inkişaf ölkəsi kimi böyük nüfuz qazanıb. Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevi ədalətli sülh uğrunda mübarizə aparan, ölkəsinin bütün istiamətlər üzrə yüksək inkişafına nail olan, xalqını tarixi Zəfərə çatdıran, müstəqil dövlətin ərazi bütövlüyünü təmin edən dünya liderlərindən biri kimi qəbul edir. Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münaqişəsini sülh yolu ilə həll etmək üçün illər uzunu apardığı məqsədyönlü, ədalətli siyasət və tarixi Qarabağ Zəfərindən sonra qonşu ölkə ilə Sülh sazişi bağlamaq sahəsində göstərdiyi təşəbbüslər, atdığı addımlar ədalət və sülh uğrunda mübarizənin reallıqlarını aydın surətdə nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Akademik qeyd edib ki, xüsusən, 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda – Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında Sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin dünyada və regionda Sülh və təhlükəsizlik uğrunda qazandığı böyük tarixi uğur kimi qiymətləndirilməyə layiqdir. Bu, dövlətimizin başçısının Cənubi Qafqazda və dünyada ədalətli sülhün bərqərar olmasına böyük töhfəsidir.

“Dünya liderlərinin və tanınmış dövlət xadimlərinin iştirak etdiyi Davosda Prezident İlham Əliyevin keçirdiyi görüşlərin, apardığı müzakirələrin ana xətləri də dünyada sülh, təhlükəsizlik, ədalət, əməkdaşlıq, humanizm və inkişaf prinsiplərindən ibarətdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması və Sülh Şurasının üzvü kimi qəbul edilməsi müstəqil Azərbaycan dövlətinin rəhbərinin beynəlxalq nüfuzunun, dünyada ədalətli sülh uğrunda mübarizə aparan görkəmli dövlət xadimi olmasının parlaq və əyani göstəricisidir. Dövlətimizin başçısının sülh, ədalət və təhlükəsizlik sahəsindəki böyük təcrübəsi planetimizdə münaqişələrin yatırılması, müharibələrə son qoyulması, sülhün və sabitliyin yaradılması üçün ən mükəmməl direktivlər hesab oluna bilər. Sülh və təhlükəsizlik məsələlərində ədalətli modelin yaradıcısı olan İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində yüksək səviyyədə təmsil olunması dünyada və xüsusən də Yaxın Şərqdə ədalətli sülhün əldə olunacağına real təminatdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ədalətli sülhün, davamlı və dayanıqlı təhlükəsizliyin simvoludur”, - deyə o əlavə edib.

İ.Həbibbəyli diqqətə çatıdırıb ki, Azərbaycan xalqı üçün, xüsusən ziyalı cəmiyyət üçün xalqımızın liderinin Sülh Şurasında yer alması böyük qürurdur. Ulu Öndər Heydər Əliyevin Siyasi Büroda, Prezident İlham Əliyevin dünyanın ən üst qurumlarında qazandığı xüsusi mövqe və böyük imic Azərbaycan xalqının milli iftixar duyğusunun əvəzsiz nümunəsi olduğu kimi, bu gün də Sülh Şurasında müstəqil Azərbaycan dövlətinin yer alması dünya siyasətində Azərbaycan liderinin qazandığı siyasi-diplomatik uğurun təntənəsidir. Sülh Şurasında Prezident İlham Əliyevin üzvlüyü təkcə Yaxın Şərqdə yox, ümumiyyətlə dünyada ədalətli sülhə, davamlı və dayanıqlı təhlükəsizliyə doğru mühüm addımdır. Bu, Azərbaycanın müstəqillik illərində gəlib çatdığı ən yüksək siyasi və diplomatik zirvədir. Bu, dünya siyasətinə Qafqazın simvoluna çevrilmiş və Türk dünyasında aparıcı mövqeyə malik olan qüdrətli bir liderin möhtəşəm tohfəsidir. Harada Prezident İlham Əliyev varsa, orada ədalət və sülh qalib gələcək, böyük quruculuq və hərtərəfli inkişaf hadisəsi baş verəcəkdir.

“Müstəqil dövlətimizə qazandırdığı yeni tarixi Zəfərə görə xalqımızın qüdrətli liderinə dünyada ədalətli sülh uğrunda mübarizədə, ölkəmizin hərtərəfli inkişafı yollarında daha böyük uğurlar arzulayıram. Xalqımızı və elmi ictimaiyyəti ürəkdən təbrik edirəm”, - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri