Icma.az
close
up
RU
Prezident İlham Əliyev qətiyyəti hadisənin ədalətli və obyektiv araşdırılmasına təmin edəcək Yeni Gündəm

Prezident İlham Əliyev qətiyyəti hadisənin ədalətli və obyektiv araşdırılmasına təmin edəcək Yeni Gündəm

Yenigundem saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə Aktauda qəzaya uğraması, qəza nəticəsində insan itkisinin olması hər birimizi kədərləndirir. Azərbaycan xalqı olaraq hər zaman çətin anlarda birlik və həmrəylik nümayiş etdirmişik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində baş vermiş bu faciə ilə bağlı da bütün xalqımız həmrəydir, bu ağrı-acı hamımızın acısıdır”.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində hadisə, onun baş vermə səbəbləri, aparılan araşdırmalar barədə geniş fikirlərini ifadə edib. İlk növbədə, təyyarəni idarə edən heyətin qəhrəmanlığı xüsusi vurğulanmalıdır.

 

 Dünyada təyyarə qəzaları vaxtaşırı baş verir, amma hər pilot insanları xilas etməyi bacarmır. Bizim pilotlarımızın qəhrəmanlığı isə dünyaya səs salıb. Onların canları bahasına sərnişinlərin bir hissəsi sağ qala bildilər. Dövlət başçısı tərəfindən faciə zamanı həyatını itirmiş ekipaj heyətinə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsi, sağ qalanların ordenlə təltif olunması çox yüksək dəyərə layiqdir.

Millət vəkilinin sözlərinə görə, hazırda baş vermiş qəzanın araşdırılması cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən cənab Prezident İlham Əliyev baş vermiş təyyarə qəzası haqqında məlumat alan kimi dərhal geri dönmək qərarını verdi. O, hələ təyyarədə olarkən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar vermişdi. Cənab Prezidentin baş vermiş faciəyə son dərəcə həssas yanaşması onun hər bir vətəndaşa doğma münasibətini ifadə edir.

Bu faciə ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da birgə bəyanat imzalayaraq eyni mövqe ifadə etməsi təqdirəlayiq addımdır və bu, taleyüklü məsələlərdə siyasi baxışlarından asılı olmayaraq siyasi qüvvələrin həmrəyliyinin və dövlətimizə siyasi dəstəyinin göstəricisidir. Bu cür bəyanatlar, faciənin ciddi və kədərli bir hadisə olduğunu vurğulamaq, qurbanların ailələrinə başsağlığı vermək və həmçinin ölkədəki ümumi həmrəylik və birliyi nümayiş etdirmək məqsədi daşıyır.

Fatma Yıldırım qeyd edib ki, artıq Rusiya tərəfi hadisəyə görə rəsmən üzr istəyib. Bundan sonra Rusiya cənab Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi şərtləri yerinə yetirməlidir. Azərbaycan hadisənin ədalətli və obyektiv araşdırılmasının tərəfdarıdır. Cənab Prezidentimizin qətiyyəti də məhz belə olacağını deməyə əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 30 Dekabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri