Icma.az
close
up
RU
“Ədəbi mühitdə dövlət mükafatlarının gerçək sahibinə necə çatacağı sual altındadır” REAKSİYA

“Ədəbi mühitdə dövlət mükafatlarının gerçək sahibinə necə çatacağı sual altındadır” REAKSİYA

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Onu da qeyd edək ki, mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Gununsesi.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Emil Rasimoğlu məsələyə belə reaksiya verib:

Bu gün ədəbi, ictimai və mətbu mühit elə bir travmatik duruma, demək olar ki, “qanqren” vəziyyətinə gəlib çatıb ki, hal-hazırda bu mühitdə ədəbiyyat üzrə hansısa dövlət mükafatının təsis edilməsinə sevinməkdən daha çox, həmin mükafatın gerçək sahibinə necə çatacağı barədə düşünmək lazımdır.

Axı özümüzü aldatmağa nə gərək? Məgər illərdir ki, bu ədəbi, mətbu və ictimai mühitdə pərdəarxası zənglərin, xahişlərin, yarınmağa və məddahlığa xidmət edən xislətlərin, eyni zamanda “maraqlar diqtəsi”nin fonunda hansı “şahmat oyunları”nın getdiyini görmürük?

Bu günə qədər, az qism istisna olmaqla, nə təqdimatlar doğru-dürüst yazılıb, nə haqqı çatan istedadlara evlər düzgün şəkildə verilib, nə də təltiflər öz ünvanına çatıb. Çünki əksər səlahiyyət sahibləri üçün bu məsələlərdə sözdən əmələ keçəndə ana xətt SƏNƏT və ƏDALƏT amillərinin VƏHDƏTİolmayıb.

Vahid Əzizə “Xalq şairi” fəxri adının verildiyi bir səltənətdə, hansısa dövlət mükafatının taleyinin Sibirə düşəcəyinə də şübhə etməmək lazımdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri