Icma.az
close
up
RU
Ədəbiyyat Muzeyində “Zəfərli bayrağımız” adlı elmi sessiya keçirilib

Ədəbiyyat Muzeyində “Zəfərli bayrağımız” adlı elmi sessiya keçirilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərli bayrağımız” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Bütün gələcək zəfərlərə müqəddimə” adlı məruzə ilə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov 8 Noyabr Zəfərinə aparan tarixi yoldan bəhs edib, Zəfər bayramının Azərbaycan xalqının milli tarixində və yaddaşında xüsusi yer tutduğunu bildirib. O, tarixən xalqların həyatında müxtəlif bayramların mövcud olduğunu, lakin onların bir qisminin müəyyən siyasi dövrlərin təsiri ilə meydana gəldiyini və həmin dövrlərin sona çatması ilə öz əhəmiyyətini itirdiyini vurğulayıb. Əlavə edib ki, xalqın tarixi ənənələrindən və milli mübarizəsindən qaynaqlanan bayramlar isə nəsildən-nəslə ötürülərək yaşayır.

Akademik Rafael Hüseynovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əbədi təməli ümummilli lider Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyası, ordu quruculuğu siyasəti və milli həmrəylik fəlsəfəsi ilə qoyulub. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsinin əldə olunmasında mühüm rol oynayıb.

Muzey direktoru qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə nəticələnən Zəfər Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcı olub. O, bu qələbənin yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi olmadığını, Azərbaycanın təxminən 200 il ərzində üzləşdiyi parçalanma, işğal və təzyiqlərə qarşı mübarizəsinin tarixi yekunu kimi qiymətləndirilməsinin önəminə diqqət çəkib. Alim 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə ölkəmizin suverenliyinin bütün ölkə ərazisində tam şəkildə bərpa olunmasının bu qələbəni tam və tarixi Zəfərə çevirdiyini vurğulayıb.

Akademik Rafael Hüseynov çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən üzləşdiyi çətinliklərə, Ermənistanın təcavüzünə qarşı beynəlxalq müstəvidə aparılan mübarizəyə də toxunub. O, 2001-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına üzv qəbul edilməsindən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən bəhs edib. Bu baxımdan, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 1416 saylı qətnamənin əhəmiyyətini qeyd edərək, həmin sənədin Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm mərhələ olduğunu diqqətə çatdırıb.

Direktor bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə xalqın milli birliyini və özünəinamını daha da gücləndirib. Müharibə dövründə bütün ölkə əhalisinin vahid məqsəd ətrafında səfərbər olunduğunu söyləyən natiq qeyd edib ki, Zəfər Azərbaycan vətəndaşlarının milli qürur və məğrurluq hissini yeni səviyyəyə yüksəldib. Bu qələbə müxtəlif sosial təbəqələrdən və peşə sahələrindən olan insanları birləşdirən güclü milli ideyaya çevrilib.

Akademik Rafael Hüseynov Zəfər bayramı ilə Dövlət Bayrağı Günü arasında sıx tarixi və mənəvi bağlılığın olduğunu da vurğulayıb. Bildirib ki, Azərbaycanın üçrəngli bayrağı uzun illər işğal altında olan ərazilərimizdə dalğalana bilməyib. 2020-ci ildə Şuşada, 2023-cü ildə isə Xankəndidə dövlət bayrağımızın ucaldılması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının rəmzinə çevrilib. Bu baxımdan, Zəfər bayramı və Dövlət Bayrağı Gününün bir-birini tamamlayan milli bayramlar olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanın dövlətçilik tarixində üçrəngli bayrağın xüsusi yerə sahib olduğunu qeyd edərək onun yalnız dövlət rəmzi deyil, həm də milli istiqlal və azadlıq ideyasının daşıyıcısı olduğunu bildirib. Alim sovet hakimiyyəti illərində bayrağın Azərbaycan xalqının yaddaşında və milli düşüncəsində yaşadığını, müstəqilliyin bərpasından sonra yenidən dövlət rəmzi kimi ucaldıldığını qeyd edib.

Akademik Rafael Hüseynov çıxışının sonunda Azərbaycanın qazandığı Zəfərin gələcək nəsillər üçün də mühüm tarixi və mənəvi dəyər daşıyacağını vurğulayıb. O, xalqımızın milli birliyi və dövlət müstəqilliyini qorumasının vacibliyini qeyd edərək, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” fikrini xatırladıb.

Qabil YUSİFOĞLU 
XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri