“Zəfərli bayrağımız” mövzusunda elmi sessiya
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərli bayrağımız” mövzusunda elmi sessiya keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə “Bütün gələcək zəfərlərə müqəddimə” adlı məruzə ilə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov 8 Noyabr Zəfərinə aparan tarixi yoldan bəhs edib, Zəfər bayramının Azərbaycan xalqının milli tarixində və yaddaşında xüsusi yer tutduğunu bildirib. O, tarixən xalqların həyatında müxtəlif bayramların mövcud olduğunu, lakin onların bir qisminin müəyyən siyasi dövrlərin təsiri ilə meydana gəldiyini və həmin dövrlərin sona çatması ilə öz əhəmiyyətini itirdiyini vurğulayıb. Əlavə edib ki, xalqın tarixi ənənələrindən və milli mübarizəsindən qaynaqlanan bayramlar isə nəsildən-nəslə ötürülərək yaşayır.
Akademik Rafael Hüseynovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əbədi təməli ümummilli lider Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyası, ordu quruculuğu siyasəti və milli həmrəylik fəlsəfəsi ilə qoyulub. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsinin əldə olunmasında mühüm rol oynayıb.
Muzey direktoru qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə nəticələnən Zəfər Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcı olub. O, bu qələbənin yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi olmadığını, Azərbaycanın, təxminən, 200 il ərzində üzləşdiyi parçalanma, işğal və təzyiqlərə qarşı mübarizəsinin tarixi yekunu kimi qiymətləndirilməsinin önəminə diqqət çəkib. Alim 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə ölkəmizin suverenliyinin bütün ölkə ərazisində tam şəkildə bərpa olunmasının bu qələbəni tam və tarixi Zəfərə çevirdiyini vurğulayıb.
Akademik Azərbaycanın dövlətçilik tarixində üçrəngli bayrağın xüsusi yerə sahib olduğunu qeyd edərək onun yalnız dövlət rəmzi deyil, həm də milli istiqlal və azadlıq ideyasının daşıyıcısı olduğunu bildirib. Alim sovet hakimiyyəti illərində bayrağın Azərbaycan xalqının yaddaşında və milli düşüncəsində yaşadığını, müstəqilliyin bərpasından sonra yenidən dövlət rəmzi kimi ucaldıldığını qeyd edib.
Rafael Hüseynov çıxışının sonunda Azərbaycanın qazandığı Zəfərin gələcək nəsillər üçün də mühüm tarixi və mənəvi dəyər daşıyacağını vurğulayıb.
Q.YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 Noyabr 2026 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















