Icma.az
close
up
RU
Ədəbiyyat ucuzlaşmır, oxucu kasıbdır Xan Rəsuloğlu

Ədəbiyyat ucuzlaşmır, oxucu kasıbdır Xan Rəsuloğlu

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay mövsümü istirahət və asudə vaxtın artdığı bir dövr olsa da, kitab satışında bu artım müşahidə olunmur. Hər il bu fəslin əvvəlində “yay üçün oxu siyahısı” hazırlayan oxucuların əksəriyyəti arzuladıqları kitabları almaq əvəzinə, real büdcəyə uyğun seçim etməyə məcbur qalır. Kitab bazarında vəziyyəti dəyərləndirən şair-bukinist Xan Rəsuloğlu da bildirir ki, problem oxucu marağında yox, onların iqtisadi imkanlarındadır.

Mövzu ilə bağlı Tribunainfo.az-a danışan  Xan Rəsuloğlu bildirib ki, kitab bazarında “tələb-təklif” balansı biznes prinsiplərinə əsasən deyil, daha çox şəraitə uyğun şəkildə formalaşır:

“Biznes aləmində tələb-təklif termini var. Amma bizim həm oxucularımız, həm də satıcılarımız məcburuq ki, tələbata yox, təklif olunana görə işimizi quraq. Kitab aləmində hazırda hər hansı bir bum yoxdur, sadəcə zaman-zaman bu istiqamətdə canlanmalar baş verir”.

Xan Rəsuloğlunun fikrincə, Azərbaycanda oxucu səviyyəsi yüksəkdir, sadəcə alış imkanları aşağıdır:

“Dünya ədəbiyyatını yaxşı bilən biri kimi deyə bilərəm ki, Azərbaycanda ədəbi səviyyə heç də aşağı deyil. Bu gün ideyaları ilə seçilən, istər rus, istər ingilis, istərsə də türk ədəbiyyatını dərindən oxuyan gənclərimiz var. Sadəcə təəssüf doğuran məqam odur ki, maddi imkanlar buna uyğun deyil. Oxumaq istəyən çoxdur, lakin insanların kitab almağa ürəyi istəyir, cibinə uyğun gəlmir.”

Yazıçı qeyd edib ki, Azərbaycan vətəndaşı üçün kitab, geyim, hətta səyahət ikinci plana keçib:

“Azərbaycanda ədəbi səviyyə heç də aşağı deyil. İnformasiya, texnologiya dövründə belə, ədəbiyyata özünün ideyaları ilə yanaşan gənclərimiz də formalaşıb. Necə ki, övladlarımız elm, idman aləmində öz sözünü deyir, yaradıcılıq aləmində də bu fərdiyyəti, şəxsiyyəti ortaya qoyan gənclərimizi görürəm. İstər rus, istər ingilis dili və ya türk dilində də kitab oxuyan və oxuduğu kitablara da böyük bir tələblə yanaşan oxucular görürəm. Sadəcə təəssüflənirəm ki, oxucuların qədərincə pulları olmadığına görə, kitab bazarlığını ürəkdolusu edə bilmirlər. Çünki əfsuslar olsun ki, Azərbaycan vətəndaşı geyimdən, səyahətdən çox gündəlik qazancını ərzağa verir. Bu, cəmiyyətimiz üçün utancverici bir məqamdır”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 İyul 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri