Icma.az
close
up
RU
Azərbaycan ədəbiyyatında kölgədə qalan istedadlar Xan Rəsuloğlu danışır

Azərbaycan ədəbiyyatında kölgədə qalan istedadlar Xan Rəsuloğlu danışır

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hər il dünya ədəbiyyatında yeni imzalar peyda olur, məşhur yazarların əsərləri işıq üzü görür. Lakin maddi resursları məhdud olan ölkələrin nəşriyyat sahəsi bu prosesə hər zaman operativ reaksiya verə bilmir”.

Bu sözləri Tribunainfo.az-a açıqlama verən kitabçı-şair Xan Rəsuloğlu bildirib.

X. Rəsuloğlu dünya və Azərbaycan ədəbiyyatındakı tendensiyalardan danışıb. O, ölkəmizdə populyar və ciddi ədəbiyyatın fərqlərinə toxunaraq, bəzi dəyərli yazıçıların layiqincə qiymətləndirilmədiyini bildirib. Rəsuloğlu həmçinin, nəşriyyatların rolu, oxucu zövqü və ədəbi tənqid mexanizmlərinin çatışmazlıqları barədə fikirlərini bölüşüb.

“Azərbaycanda da vəziyyət bənzərdir. Zamanla ayaqlaşmaq üçün müəyyən addımlar atılır. Bu sahədə “Qanun” və onu daban-dabana izləyən “Teas Press” nəşriyyatları xüsusilə fərqlənir. “Teas Press”in yaradıcı insanlara və əsərlərə göstərdiyi peşəkar yanaşma diqqət çəkir.

Çağdaş Azərbaycan ədəbiyyatında populyar və ciddi, sənət səviyyəsində yaradılan əsərlər arasında fərq var. Dünya ədəbiyyatında olduğu kimi, müxtəlif rənglərdə, sarı, boz ədəbiyyat nümunələri mövcuddur. Əsl ədəbi dəyərə sahib əsərlər isə cümlə quruluşundan tutmuş, ədəb-ərkan və mentalitet qaydalarına müəyyən qədər riayət edən, erotika və zorakılığın ön planda olmadığı ədəbiyyatdır.
Ədəbiyyatımızda Elçin Əfəndiyev, Anar, Əkrəm Əylisli, Sabir Əhmədov kimi nəhənglərdən sonra gələn 70-80-90-cı illər nəsli Şərif Ağayar, Zahid Sarıtorpaq, Sadiq Elcanlı, Əlabbas, Səfər Alışarlı kimi yazarlarla davam edib. Rəşid Bərgüşadlı kimi az tanınan, amma istedadı dünya səviyyəsində qiymətləndiriləcək müəlliflər də var. Onun “Sevginin dadı” və “Gerçək yalanlar” romanları ədəbi təfəkkürün yüksək nümunələrindəndir. Lakin bu kimi müəlliflərin adlarının nadir hallanması çağdaş ədəbi tənqidimizin əsas qüsurlarındandır.

Ən çox satılan yerli müəlliflər isə Rövşən Abdulla, Varis Yolçuyev, Elxan Elatlı və Çingiz Abdullayevdir. Onlar geniş oxucu kütləsi tərəfindən tanınır və bütün dünyada populyarlıq qazanıblar”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri