Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illiyi qeyd edilib

Ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illiyi qeyd edilib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbiyyatşünas-alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə AYB rəhbərliyi, millət vəkilləri, tanınmış ictimai xadimlər, ədəbiyyatşünaslar, mərhum alimin ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, xüsusən Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühitinə, onun görkəmli simalarına həsr etdiyi tədqiqatlardan söz açaraq bildirib ki, bu tədqiqatlar bu gün Qarabağın işğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıq kəsb edir və bugünkü nəsillər üçün də o tədqiqatların böyük əhəmiyyəti var.

İ.Həbibbəyli əlavə edib ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 70-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. A.Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.

Akademik Nizami Cəfərov çıxışında A.Dadaşzadəni ən böyük vaqifşünaslardan biri kimi səciyyələndirib. O bildirib ki, Araz Dadaşzadə vaqifşünaslıqda sıradan bir tədqiqatçı deyil: “İlk növbədə ona görə ki, geniş elmi-nəzəri dünyagörüşü olan ədəbiyyatşünas öz sələflərindən fərqli olaraq Vaqifə həm dünya ədəbiyyatı, həm də 60-cı illərdən etibarən meydana çıxan yeni ideya-estetik mühakimə və mükalimələr kontekstində baxa bilmişdi”.

Professor Vaqif Yusifli çıxışında bildirib ki, Araz Dadaşzadə əsl ədəbiyyat adamı idi, ədəbi prosesdə fəallığı ilə seçilirdi. Onun həm klassik ədəbiyyatla, həm də müasir ədəbi proseslə bağlı məqalələri, namizədlik və doktorluq dissertasiyalarına verdiyi rəylər, onlarla elmi əsərlərdə redaktor kimi çalışmaları, ayrı-ayrı tamaşalara həsr etdiyi resenziyalar, Yazıçılar İttifaqında keçirilən mötəbər müşavirələrdə çıxışları buna sübut ola bilər.

AYB-nin sədri, Xalq yazıçısı Anar mərhum alimlə dostluq münasibətlərindən söz açıb, onunla bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Onu təkcə bir ədəbiyyatşünas kimi deyil, həm də zərif musiqi duyumuna malik bir insan kimi səciyyələndirən natiq A.Dadaşzadənin Şostakoviç musiqisinin mahiyyətinə varmaq iqtidarına malik olduğunu da nəzərə çatdırıb.

Daha sonra tədbirdə akademik Teymur Kərimli, Xalq yazıçısı Çingiz Abdullayev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, professor Rüstəm Kamal, AYB-nin katibi Elçin Hüseynbəyli, professor Kamilə Dadaşzadə, Əməkdar jurnalistlər Namiq Əhmədov, Tahir Aydınoğlu, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə çıxış edərək görkəmli alimin elmi irsindən söz açıb, Azərbaycan ədəbiyyatşünaslığı üçün gördüyü əvəzsiz xidmətlərdən danışıblar.

Sonda ailəsi adından çıxış edən- A.Dadaşzadənin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə göstərilən hörmət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Şahanə Müşfiq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri