Ədəbiyyatşünas alim Famil Mehdinin doğum günüdür
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
25 dekabr Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977) Famil Mehdinin doğum günüdür.
Missiya.Az xəbər verir ki, o, 1934-cü ilin bu günü Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlib.
Böyük alimin əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olub. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Famil Mehdi Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olub. "Oqonyok" jurnalının laureatı adına layiq görülüb. SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu alıb.
2003-cü il sentyabrın 29-da Bakıda vəfat edib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 25 Dekabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















