Icma.az
close
up
RU
Ədib Əl Aama: 2025 ci ildə ITFC nin ticarət maliyyələşdirməsi üzrə təsdiqləri 9,35 mlrd. dollara çatıb

Ədib Əl Aama: 2025 ci ildə ITFC nin ticarət maliyyələşdirməsi üzrə təsdiqləri 9,35 mlrd. dollara çatıb

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ticarət maliyyəsi müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir və qeyri-müəyyənlik dövründə onun əhəmiyyəti daha da artır.

APA xəbər verir ki, bunu Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru (CEO) Ədib Əl-Aama Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupu (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı panel müzakirəsində etdiyi çıxışı zamanı deyib.

O bildirib ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənlik və dəyişkənlik artdığı bir dövrdə ticarət maliyyəsinə tələbat yüksəlir:
“Ticarət maliyyəsi müasir iqtisadiyyatın qan dövranı kimidir. Xüsusilə enerji sahəsində qeyri-müəyyənliyin artdığı dövrlərdə bunun əhəmiyyəti daha aydın görünür”.

Əl-Aama qeyd edib ki, 2025-ci il ITFC üçün mühüm nəticələrlə yadda qalıb:
“2025-ci ildə ITFC-nin ticarət maliyyələşdirilməsi üzrə təsdiqləri 2024-cü illə müqayisədə təxminən 30 faiz artaraq 9,35 milyard ABŞ dollarına çatıb”.

O bildirib ki, bu maliyyənin böyük hissəsi İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələr arasında ticarətin dəstəklənməsinə yönəlib:
“2025-ci ildə 9,35 milyard dollarlıq maliyyələşmənin 8 milyard dolları OIC ölkələri arasında ticarətə ayrılıb”.

ITFC rəhbəri vurğulayıb ki, qurum xüsusilə daha həssas ölkələrə və strateji əhəmiyyət daşıyan sahələrə diqqət yetirir:
“Biz üzv ölkələrin ehtiyaclarına uyğun fəaliyyət göstəririk. Hazırda əsas tələbat enerji təhlükəsizliyi və ərzaq təhlükəsizliyi sahələrində cəmlənib”.

Əl-Aama qeyd edib ki, ITFC bazarlardan əlavə resurslar cəlb etməklə maliyyə imkanlarını genişləndirir:
“ITFC-nin ayırdığı hər 1 dollar maliyyə üçün tərəfdaşlarımızdan təxminən 2 dollar əlavə resurs cəlb edə bilirik. Bu isə imkanlarımızı balansımızdan daha geniş şəkildə artırır”.

Onun sözlərinə görə, 2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bu günədək ITFC-nin ümumi maliyyələşdirmə həcmi 96 milyard ABŞ dollarını keçib: “Ümid edirik ki, yaxın zamanda Misir, Banqladeş, Pakistan və digər üzv ölkələrlə əməkdaşlıq çərçivəsində 100 milyard dollarlıq həddi keçəcəyik”.

Əl-Aama bildirib ki, ITFC-nin əsas məqsədi ticarət, maliyyə və regional əlaqəliliyin gücləndirilməsi yolu ilə üzv ölkələrin iqtisadi inkişafına dəstək verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 İyun 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri