Edilməli olanı edəcəyik : Makron NATO nun Rusiya dronlarını vurmasını təklif edib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Avropa İttifaqı liderlərinin Kopenhagendəki sammiti zamanı bildirib.
O, son vaxtlar Polşa, Estoniya, Danimarka və digər NATO ölkələrinə qarşı edilən təxribata münasibət bildirib. Fransa lideri, Parisin alyansa olan dəstəyini vurğulayıb və NATO-nun reaksiyasının aydın olduğunu qeyd edib.
"Fikrimcə, əsas cavab daha böyük müəyyənlik və strateji dəqiqlik olmalıdır" – deyə Makron əlavə edib.
Fransa Prezidentinin sözlərinə görə, NATO açıq bir siqnal göndərməlidir. O, qeyd edib ki, Avropa ölkələrinin hava məkanını pozan dronlar "böyük risk daşıyır".
"Onlar (dronlar) məhv edilə bilər və bu, sondur. Biz burada tam xəbərdarlıq vermək üçün deyilik. Biz öz hava məkanımızın bütövlüyünü və ərazi bütövlüyümüzü qorumaq üçün lazım olanı edəcəyik", – deyə Makron vurğulayıb.
Əvvəllər mətbuat xəbər vermişdi ki, Almaniya hələ ki, öz ərazisində dronları məhv edə bilmir. Bunun səbəbi, ölkədə tam funksional dron əleyhinə müdafiə sisteminin olmaması və dronların parçasının düşməsi nəticəsində vətəndaşların həyatına təhdid yaranmasıdır. 2010-cu ildə ləğv edilən hava hücumundan müdafiə sistemi faktiki olaraq yenidən qurulmalıdır.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bunun "ölkə üçün narahatedici siqnal" olduğunu qeyd edib. Şlezviq-Holshtayn əyalətinin Baş naziri Daniel Günter isə bildirib ki, Avropa İttifaqı ölkələrində dron uçuşlarının məqsədi "qeyri-müəyyənlik yaratmaq və ölkələrin sabitliyini pozmaqdır".
Qadir, Bizimyol.info


