Icma.az
close
up
RU
Oruc zamanı diqqət edilməli məqamlar

Oruc zamanı diqqət edilməli məqamlar

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ramazan ayında azyaşlılar və ahıllar da oruc ibadətini yerinə yetirmək istəyirlər. Bəs uşaqlar bu ibadəti yerinə yetirə bilərlərmi? Yaşlı insanlar üçün oruc ibadəti nə qədər vacibdir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Uşaqlar oruc tutmağa məcbur deyillər"

İçərişəhər "Cümə" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli "Kaspi"yə bildirib ki, İslam dininə görə oruc ibadəti həddi-buluğa çatmış, sağlam müsəlmanlara vacibdir: "Həddi-buluğ yaşı islama görə uşaqlar üçün 9-15 yaş arasında dəyişir. Bundan əvvəl uşaqlar dini cəhətdən oruc tutmağa məcbur deyillər. Lakin valideynlər onları bu ibadətə tədricən öyrəşdirə bilərlər. Uşaqlar üçün orucun öyrədilməsi lazımdır. Kiçik yaşlı uşaqlar üçün orucu tam şəkildə tutmaq məcburi deyil. Amma onlara Ramazan ayının əhəmiyyətini anlatmaq üçün qısa müddətli (məsələn, günün yarısına qədər) oruc tuta biləcəkləri tövsiyə edilir. Uşaqlara yavaş-yavaş oruc tutmağın mahiyyəti başa salınır və istəyərlərsə, qismən oruc tuta bilərlər".

Yaşlı insanlara gəlincə, axund bildirir ki, ümumiyyətlə Allah tərəfindən Ramazan ayı orucunun vacib olmasında sağlamlıq əsas şərt kimi qoyulub. Əgər yaşlı insan sağlamdırsa, orucunu tutmalıdır. Yəni burada yaşlı və ya cavanlıq meyarı yox, sağlamlıq meyarı əsas götürülür.

Öncə orucun mahiyyəti izah edilməlidir

Pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, uşaqlar və yaşlılar Ramazan ayında oruc tutmaq baxımından xüsusi diqqət tələb edən qruplardır: "Həm uşaqlar, həm də yaşlılar oruc tutarkən müəyyən sağlamlıq riskləri ilə qarşılaşa bilərlər. Buna görə onların oruc tutmağı barədə düşünərkən bir neçə faktoru nəzərə alırıq. Uşaqlar üçün oruc tutmağa başlama yaşı 12 və daha üstüdür. Bu yaşda bədənin fiziki və ruhi inkişafı yetərli olur və oruc tutmaq uşaqların sağlamlığına zərər verməz. Ancaq uşaqların fərdi inkişafı fərqli olduğuna görə, valideynlər onların sağlamlıq və psixoloji vəziyyətini nəzərə alaraq qərar verməlidirlər. Həmçinin, oruc tutmağa başlamazdan əvvəl uşaqlara bu ibadətin nə olduğunu və niyə tutulduğunu izah etmək çox vacibdir. Uşaqlar oruc tutmağa başlamadan əvvəl, onları dini və mənəvi cəhətdən hazırlamaq vacibdir. Oruc tutmanın nə olduğunu, niyə tutulduğunu və bunun bədənlərinə necə təsir edəcəyini anladan söhbətlər etmək faydalıdır. Oruc tutmağa başladıqdan sonra, onların yorğunluq, susuzluq və ya başqa fiziki narahatlıqlar hiss etməsi halında oruc dayandırılmalıdır. Bu, uşaqların sağlamlığını qorumaq üçün vacibdir".

Qidalanma çox önəmlidir

Həkim bildirir ki, uşaqlar oruc tutarkən onların qidalanması çox önəmlidir. Sahurda uşaqların protein və lif mənbələri ilə zəngin yeməklər qəbul etməsi vacibdir. Məsələn, yumurta, noxud, qoz və tam buğda çörəyi kimi qidalar enerji verər və uşaqların oruc müddətində daha az yorulmalarına kömək edər. Bundan əlavə, uşaqlara bol su içmək tövsiyə olunmalıdır. Sahurda və iftarda susuzluq yaratmayan və bədəni nəmləndirən qidalar, həmçinin meyvə və tərəvəz yemək faydalıdır. Uşaqların oruc tutması tədricən olmalı və onların bədənləri bu ibadətə alışmalıdır. İlk başda qısa müddətlərdə oruc tutmağa başlamaq və ya günün müəyyən saatlarında oruc tutmaq daha yaxşıdır.

"Yaşlıların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir"

Müsahibimiz yaşlıların oruc tutmasına da münasibət bildirib: "Yaşlılar üçün oruc tutmaq bədənlərindəki fiziki dəyişikliklər və bəzi sağlamlıq problemləri səbəbindən daha diqqətli yanaşma tələb edir. Oruc tutmağa başlamazdan əvvəl yaşlıların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Məsələn, ürək, böyrək, qan təzyiqi və ya şəkər xəstəliyi kimi problemləri olan yaşlılar oruc tutmağı həkimləri ilə müzakirə etməlidirlər. Yaşlılar üçün oruc tutmaq, bədənin ehtiyac duyduğu maye və qida balansını saxlamağa kömək edəcək düzgün qidalanma ilə həyata keçirilməlidir. Sahur və iftar vaxtlarında yüngül və asan həzm olunan qidalar qəbul edilməlidir, ağır yeməklərdən çəkinilməlidir. Lifli qidalar (məsələn, meyvə, tərəvəz, tam buğda məhsulları) və protein mənbələri (yumurta, balıq, ət) oruc tutmağa kömək edə bilər. Bundan əlavə, yaşlılar bol su istehlakına diqqət etməlidirlər. Sahurda bol su içmək, bədənin susuz qalmasının qarşısını alır və oruc zamanı yorğunluğu azaltmağa kömək edir".

"Süd verən analar da diqqətli olmalıdır"

Həkim bildirir ki, süd verən analar da oruc tutarkən diqqətli olmalıdır. Çünki oruc tutarkən südün keyfiyyətində bəzi dəyişikliklər ola bilər. Oruc zamanı ananın istehlak etdiyi qida və maye miqdarı azaldığı üçün südün tərkibində bəzi vitamin, mineralların azalması mümkündür: "Bu səbəbdən ananın düzgün qidalanması və bol maye qəbul etməsi çox önəmlidir. Sahurda bol lifli və protein tərkibli qidalar qəbul edilməsi, südün keyfiyyətini qorumağa kömək edər. Süd verən anaların sahurda liflə zəngin qidalardan istifadə etmələri vacibdir. Tam buğda çörəyi, gavalı və ya ərik kimi meyvələr, süd verən ananın həzm sistemini rahatlaşdırır və uzun müddət toxluq hissini təmin edir. Süd istehsalını dəstəkləmək və enerji səviyyəsini saxlamaq üçün sahurda yumurta, qoz, fındıq və noxud kimi protein tərkibli qidalar mütləq yer almalıdır. Bu qidalar, həmçinin anaların oruc müddətində enerji itirməməsi üçün əhəmiyyətlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri