Icma.az
close
up
RU
Ədliyyə Akademiyasında ixtisasartırma təlimləri keçirilir

Ədliyyə Akademiyasında ixtisasartırma təlimləri keçirilir

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə təşkil edilən ixtisasartırma təlimlərinin açılış mərasimi keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev çıxış edərək təlimlərin məqsəd və əhəmiyyətindən bəhs edib və iştirakçılara uğurlar arzulayıb. O, qeyd edib ki, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, müasir yanaşmaların tətbiqi və peşəkar inkişafın təmin edilməsi ölkəmizdə idarəetmənin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.

Daha sonra Akademiyanın Tədris şöbəsinin rəisi Zeynab Qənbərova təlimlərin keçirilməsinin hüquqi əsasları, proqramın məzmunu və təşkilati məsələlər barədə ətraflı məlumat verib, həmçinin Mülki hüquq və mülki proses kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Mayis Əliyev və Qanunvericilik baş idarəsinin əməkdaşı Fidan Nuri mühazirələrlə çıxış ediblər.

Təlim proqramı çərçivəsində iştirakçılar “Normayaratma fəaliyyəti”, “İnzibati icraat haqqında qanunvericilik”, “Əmək qanunvericiliyinin praktiki məsələləri”, “Hüquqi yazı” və “Müqavilə hüququ” mövzularında mühazirələr dinləyəcəklər. Təlimlərin sonunda iştirakçıların təklif olunduğu qurumlara təlimlərin nəticələrinə dair Ədliyyə Akademiyası tərəfindən yekun hesabatlar təqdim ediləcək.

Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli Qanunun tələblərindən irəli gələrək Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, habelə 2-ci və 5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində – Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasartırma təlimlərinə cəlb edilirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri