Icma.az
close
up
RU
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 aprel, AZƏRTAC

Yazılı və şifahi mərhələlərdə uğur qazanmış 105 vəkilliyə namizəd üçün aprelin 30-da Ədliyyə Akademiyasında icbari təlimə start verilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu təlim gələcək vəkillərin peşəkar bilik və bacarıqlarının artırılmasına, onların hüquqi praktikaya hazırlıqlı şəkildə daxil olmasına xidmət edir və Kollegiyanın keyfiyyətli hüquqi yardımın təmininə verdiyi önəmin bariz nümunəsidir.

Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişiklik münasibətilə bütün vəkilləri təbrik edib. Prorektor Kollegiya ilə Ədliyyə Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən pulsuz hüquqi yardımın məqsəd və əhəmiyyətindən bəhs edib. Həmçinin Ədliyyə Akademiyasında təşkil edilən təlimdən danışan Elçin Xəlilov vəkilliyə namizədlərin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda, praktik bacarıqlarla da yiyələnməsinin zəruriliyini vurğulayıb.

Prorektor ARVK-nın müstəqil təsisat kimi son illərdə sürətli inkişaf yolu keçdiyini və bu dövrdə vəkil sayının üç dəfədən çox artdığını diqqətə çatdırıb. Kollegiyanın ədalət mühakiməsi sahəsində fəaliyyət göstərən digər qurumlarla sıx və səmərəli əməkdaşlıq münasibətləri qurduğunu söyləyən Elçin Xəlilov bu əlaqələrin dərin və möhkəm əsaslara dayandığını bildirib.

Prorektor iki həftə davam edəcək təlim proqramının məzmun baxımından zəngin və fərqli olduğunu qeyd edərək, bu mərhələdə praktik bacarıqların inkişafına xüsusi diqqət yetiriləcəyini söyləyib. Onun sözlərinə görə, təlimlərə peşəkar vəkil və hüquqşünaslar da təlimçi qismində cəlb olunacaq ki, bu da iştirakçıların real hüquqi prosesləri daha dərindən mənimsəməsinə imkan yaradacaq.

ARVK Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi yüksək qiymətləndirib. Bu qərarın dövlətin vəkillik institutuna verdiyi önəmin göstəricisi olduğunu və vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının daha da yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib.

Sədr qeyd edib ki, bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, eyni zamanda vəkillərin peşə hazırlığının möhkəmləndirilməsi, praktiki bacarıqların inkişaf etdirilməsi və beynəlxalq hüquqi təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Təlimin məzmununun çağdaş hüquqi çağırışlara cavab verdiyini vurğulayan Anar Bağırov vəkil peşəsinə qəbul olunan şəxslərin cəmiyyətin ədalətə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayacağını söyləyib.

Diqqətə çatdırılıb ki, vəkilliyə qəbul üzrə test imtahanları ARVK-nın və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması məqsədilə videoyazı tətbiq edilir və bütün namizədlərə eyniməzmunlu suallar təqdim olunur.

Kollegiya sədri bildirib ki, icbari təlim çərçivəsində insan hüquqlarının müdafiəsi, vəkil etikası və digər aktual mövzular üzrə məşğələlər nüfuzlu ekspertlərin iştirakı ilə keçiriləcək. Anar Bağırov əlavə edib ki, təlimdə iştirak edən 105 vəkilliyə namizəddən 34 nəfəri qadın, 71 nəfəri isə kişidir. Namizədlərin 84 faizi 40 yaşadək şəxslərdir ki, bu da vəkillik peşəsinə gənc hüquqşünasların marağının artdığını göstərir. Təlim iştirakçılarının 62 faizi Bakı şəhəri üzrə, 38 faizi isə bölgələr üzrə qeydiyyatdadır. Bu göstəricilər regionlarda hüquqi yardımın əlçatanlığının genişləndirilməsi baxımından müsbət əhəmiyyət daşıyır.

Eyni zamanda, sədr çıxışında vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, son illərdə Azərbaycan vəkilliyində mühüm islahatlar həyata keçirilib. Vəkillərin sayının artırılması, institutun yenilənməsi, cavanlaşdırılması və müasirləşməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bildirilib ki, tədris sahəsində də ciddi dəyişikliklər baş verib və bu istiqamətdə zəruri islahatlar aparılıb. Təlim proqramlarının hazırlanması və həyata keçirilməsi prosesi Ədliyyə Akademiyası ilə sıx əməkdaşlıq şəraitində baş tutur. Əvvəlki illərlə müqayisədə bu gün daha təkmil, məqsədyönlü və effektiv tədris proqramı tətbiq olunur ki, bu da vəkilliyə namizədlərin nəzəri və praktiki hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bundan başqa, Anar Bağırov xüsusilə vurğulayıb ki, vəkillər peşə borcunu vicdanla yerinə yetirməli, qanunvericiliyin tələblərinə və vəkillərin etik davranış kodeksinə ciddi riayət etməlidirlər. Onlar vətəndaşlara yüksəkkeyfiyyətli hüquqi yardım göstərməli, hər hansı qeyri-qanuni davranışa və qeyri-prosessual normalardan kənar münasibətlərə yol verməməlidirlər. Sədr bəzi hallarda müşahidə olunan formal vəkillik fəaliyyəti və qeyri-prosessual davranışların vəkillik institutunun nüfuzuna xələl gətirdiyini qeyd edərək, Kollegiyanın bu cür hallara qarşı prinsipial və barışmaz mövqe sərgilədiyini diqqətə çatdırıb.

Daha sonra Anar Bağırov “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzə ilə çıxış edib. Mühazirə zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri