“Ədliyyə” minifutbol komandası beynəlxalq yarışda qalib olub
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunlarının minifutbol yarışları keçirilib.
XQ-yə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, turnirdə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası təmsil edib.
Finalda Ədliyyə Nazirliyinin komandası 1:0 hesabı ilə qələbə qazanaraq Oyunların qalibi olub.
Komandanın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.
Nurəngiz Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:Fərid Əhmədov minifutbol yarışlarında qalib gələn Ədliyyə Nazirliyinin komandası ilə görüşüb
27 Oktyabr 2025 19:06
Ədliyyə Nazirliyində təyinat olub
04 Dekabr 2024 14:21
İdmançımız beynəlxalq yarışda 16cı olub
24 Noyabr 2024 13:51
Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında təmsil olunub
23 Sentyabr 2025 15:39
Belarus nümayəndə heyəti Ədliyyə Nazirliyində olub
26 Aprel 2025 11:57
Baxış sayı:83
Bu xəbər 18 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















