Icma.az
close
up
RU
Ədliyyə Nazirliyi Azərbaycan Universitetində infosessiya təşkil edib

Ədliyyə Nazirliyi Azərbaycan Universitetində infosessiya təşkil edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 aprel, AZƏRTAC

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün ədliyyə orqanlarında qulluğa qəbul prosesinə həsr olunmuş infosessiya keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi ədliyyə orqanlarında qulluğa qəbul prosesində gənclərin iştirakının təşviq edilməsi, onların karyera imkanları barədə məlumatlandırılması olub. İnfosessiyada universitetin 200-ə yaxın bakalavriat və magistratura tələbəsi iştirak edib.

İnfosessiyanı Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq tədbirdə ədliyyə orqanlarında işə qəbul prosesi ilə bağlı dəyişikliklər haqqında məlumat veriləcəyini bildirib. Prorektor dəyişikliklərin bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırdığını bildirib və infosesiya təşəbbüsü üçün nazirliyin rəhbər heyətinə təşəkkürünü ifadə edib.

Daha sonra Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə, İcra xidmətinin rəis müavini Yaqub Qurbanov, Probasiya Xidmətinin şöbə rəisi Səyyad Məcidli, Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəis müavini Seymur Səfərov, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlının çıxışları dinlənilib. Çıxışlarda nazirliyin fəaliyyət istiqamətləri, mövcud vakansiyalar, qəbul qaydaları, təcrübə və könüllülük proqramları haqqında məlumat verilib, xüsusilə probasiya və icra məmuru vəzifələri üzrə ixtisas məhdudiyyətinin aradan qaldırılması ilə bağlı yeniliklər izah olunub. Bildirilib ki, icra məmuru olmaq üçün nəzərdə tutulan hüquqşünaslıq ixtisası tələbi ləğv olunub, ali təhsilli bütün şəxslərin müraciət etməsi üçün şərait yaradılıb.

İnfosessiyada tələbələrə icra məmuru peşəsi, icra məmuru olmaq üçün tələblər, dövlət icra məmuru və xüsusi icra məmuru, xüsusi icra sisteminin tətbiqi haqqında da məlumat verilib. Eyni zamanda, könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub.

Tədbirdə xüsusilə vurğulanıb ki, Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə Azərbaycan Universiteti arasında imzalanan anlaşma memorandumundan irəli gələn vəzifələr və fəaliyyət planı uğurla icra olunur. Bu əməkdaşlıq ali təhsil müəssisəsi ilə dövlət qurumu arasındakı əməkdaşlığın nümunəvi modelidir və real nəticələrlə müşayiət olunur.

İnteraktiv formatda təşkil olunan görüş sual-cavab sessiyası ilə yekunlaşıb.

Nazirliyin rəhbər heyəti tələbələrin mövzuya dair suallarını cavablandırıb, ədliyyə orqanlarında karyera qurmaq istəyən gənclərə öz tövsiyələrini veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:438
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri