Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi Qarabağ Universitetində maarifləndirmə aksiyası təşkil edib

Səhiyyə Nazirliyi Qarabağ Universitetində maarifləndirmə aksiyası təşkil edib

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış" Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Oxu.Az xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Xankəndi şəhərində baş tutub.

Belə ki, Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Xankəndi sakinləri üçün kardioloji müayinələr təşkil edilib.

Tədbirin əsas məqsədi vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.

ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsulla xolesterinin səviyyəsi təyin olunub.

Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.

Tədbirin davamı olaraq ETKİ tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Ürəyinizi qoruyun" layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.

İnstitutun direktoru Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış edərək, müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb. Həmçinin Kardiologiya İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən "Sağlam genofonda addım ataq" mövsuzunda təqdimatlar edilib.

Aksiya zamanı ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə Qarabağ Universitetinin tələbələri üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında videoçarxlar nümayiş olunub. Eyni zamanda, tədbir çərçivəsində arzu edənlərin boy və çəkisi, arterial təzyiqi və nəbzi ölçülüb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri