Ədliyyə Nazirliyi və QHT Agentliyindən saxta orden və medallarla bağlı bəyanat
Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək, şəxsləri saxta orden və medallarla təltif etməsi barədə məlumatlar yayılıb.
Doğru.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna əsasən, orden və medal yalnız dövlət tərəfindən verilə bilər. Qanunvericiliyə görə, digər normativ-hüquqi aktlarda “orden” və ya “medal” ifadəsindən istifadə etməklə təltif növü təsis edilməsi yolverilməzdir.
Qurumların açıqlamasında bildirilib ki, bəzi QHT-lərin bu cür fəaliyyətləri ictimai etimadı zədələyir, vətəndaşların aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır.
DOĞRU.AZ


