Icma.az
close
up
RU
Eduard Filip Makrona vaxtından əvvəl prezident seçkisi keçirməyi təklif edib

Eduard Filip Makrona vaxtından əvvəl prezident seçkisi keçirməyi təklif edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paris, 7 oktyabr, AZƏRTAC

Fransada baş verən siyasi böhran fonunda keçmiş Baş nazir Eduard Filip Prezident Emmanuel Makrona müraciət edərək, dövlət büdcəsi qəbul edildikdən sonra vaxtından əvvəl prezident seçkiləri keçirməyi təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, RTL radiosuna verdiyi müsahibəsində bildirib.

“Bugünkü siyasi mənzərə utancvericidir. Böhrandan çıxış yolu kimi Makron yeni baş nazir təyin etməli və bu hökumət yalnız cari işlərlə məşğul olmalı, eyni zamanda 2026-cı ilin büdcəsini hazırlamalıdır. Büdcə qəbul olunduqdan sonra prezident dərhal getməlidir”, - deyə E.Filip vurğulayıb.

Hazırda “Horizons” partiyasına rəhbərlik edən siyasətçi radikal solçu “Əyilməz Fransa” (La France Insoumise-LFİ) partiyasının xəttini dəstəkləmir və Emmanuel Makronun dərhal və qəfil istefasının tərəfdarı deyil.

Bu arada istefa vermiş Baş nazir Sebastyan Lökornü Prezident Emmanuel Makronun istəyinə əsasən, siyasi qüvvələrlə son danışıqlara başlayır. Məqsəd əməkdaşlıq və sabitlik üçün fəaliyyət platforması yaratmaqdır. O, səhər saat 9-dan etibarən “Matignon” sarayında parlamentin iki palatasının rəhbərləri Yael Braun-Pivet (Milli Assambleya) və Jerard Larşe (Senat), eləcə də hökumət koalisiyasının partiya liderləri ilə görüşəcək.

Respublikaçılar partiyasının lideri Bruno Retailleau istefa vermiş daxili işlər naziri olmasına baxmayaraq, koalisiya hökuməti qurulacağı təqdirdə danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib: “Əgər koalisiya hökuməti olacaqsa, danışıqlarda iştirak edəcəyəm”.

Renessans partiyasının baş katibi Gabriel Attal isə bu gün “France Inter” radiosunda çıxış edərək, son bir ildə artıq üç baş nazirin hökuməti tərk etdiyini vurğulayıb və yeni yanaşmanın zəruriliyini qeyd edib: “Artıq məsələ prezidentlə münasibətdə deyil, digər siyasi partiyalarla qurulacaq münasibətdədir”.

Fransa işəgötürənlər təşkilatı MEDEF-in prezidenti Patrik Martən isə “Franceinfo” kanalına açıqlamasında ölkədə iqtisadi böhranın dərinləşdiyini bildirib. Onun sözlərinə görə, Sebastyan Lökornünün qəfil istefası iqtisadiyyatdakı ayrılmanı daha da gücləndirə bilər: “Ölkənin tədricən boğulmasından qorxuruq”.

Hazırda Emmanuel Makronun qarşısında iki yol var: ya partiyalar arasında yeni bir uzlaşma hökuməti formalaşdırmaq, ya da Eduard Filipin təklifi kimi seçiciləri növbəti seçkilərə səsləmək. Siyasi mənzərə qarışıq olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri