Ermənistan Azərbaycana vaxtından əvvəl delimitasiya TƏKLİF ETDİ
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının növbəti mərhələsi TRIPP layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan Sünik (Zəngəzur) bölgəsində vaxtından əvvəl reallaşdırıla bilər.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, TRIPP layihəsinin infrastrukturu ilə əlaqədar delimitasiya işlərinin növbədənkənar qaydada aparılması ehtimalı yüksəkdir.
“Düşünürəm ki, TRIPP-in infrastrukturu ilə əlaqəli delimitasiya işlərinin vaxtından əvvəl həyata keçirilməsi çox realdır”, - deyə Qriqoryan bildirib.
Baş nazirin müavini qeyd edib ki, layihə çərçivəsində elektrik ötürücü xətlərin, avtomobil yolunun və dəmir yolunun layihələndirilməsi işlərinə başlamaq istəyirlər.
“Bu üç infrastrukturun hamısı Sünikdə tikilməlidir”, - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















