Icma.az
close
up
RU
Eduard Məmmədov: “Kikboksinqçilərimiz Dünya Kubokunda çox gözəl nəticə göstərdilər”

Eduard Məmmədov: “Kikboksinqçilərimiz Dünya Kubokunda çox gözəl nəticə göstərdilər”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan kikboksinqçiləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunda çox gözəl nəticə göstəriblər.

Bunu “Report”a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov deyib.

Qurum rəsmisi bəzi idmançıların ilk dəfə özünü fərqli çəki dərəcəsində sınadığını bildirib:

“Dünya Kubokunda 41 idmançımız iştirak etdi. Yarışda ümumilikdə 40-dan çox ölkədən 2300-dən artıq idmançı mübarizə apardı. Komandamız 8 qızıl, 9 gümüş və 9 bürünc medal qazandı. Noyabrda Əbu-Dabidə WAKO üzrə dünya çempionatı keçiriləcək. Özbəkistandakı yarış dünya çempionatına qatılmaq üçün son mərhələ idi. Bu səbəbdən biz də daxil olmaqla, bütün ölkələr iştirak etdilər. Gənclər arasında Avropa çempionu olan idmançılarımız da qatılmışdılar. Ümumilikdə çox gözəl nəticədir. WAKO üzrə ikiqat Avropa çempionu, böyüklər arasında ikiqat dünya birincisi Elvin Məmmədov bu il ilk dəfə 57 kq çəki dərəcəsində özünü sınadı. Yarışda üç döyüş keçirdi və hər birini qələbə ilə tamamlayaraq qızıl medal qazandı. Bu onun üçün bir sınaq idi. Çünki daha əvvəl 54 kq çəki dərəcəsində döyüşürdü. Daha əvvəl bu çəkidə Avropa və dünya çempionu olmuşdu”.

O, Dünya Kubokunda əsas məqsədin gəncləri yoxlamaq olduğunu qeyd edib:

“Oktyabrın 24-26-da Respublika çempionatı keçiriləcək. Bu yarışda çempion olan dünya çempionatına yollanacaq. Özbəkistanda əsas məqsəd gəncləri yoxlamaq idi. Qəşəm Məmmədov 81 kq çəki dərəcəsində ilk dəfə çıxış etdi və keçirdiyi 4 döyüşdə qələbə qazanaraq qala gecəsində çıxış etdi. O, daha əvvəl 75 kq çəki dərəcəsində döyüşürdü. Həmçinin Rafiq Babazadəni qeyd etmək istərdim. Gənclər arasında çox yaxşı döyüşdü və yarışı qızıl medalla bitirdi. Adını çəkdiyim idmançıların hər biri, həmçinin tələbəm, WAKO üzrə dünya və Avropa çempionu Amil Quliyev də Azərbaycan birinciliyinə qatılacaq”.

Eduard Məmmədov Əbu-Dabidə baş tutacaq dünya çempionatında döyüşəcəyini də vurğulayıb:

“Əbu-Dabidə keçiriləcək mundialda özüm də iştirak edəcəyəm. Bildiyiniz kimi, son 7 ildir master kateqoriyasında çıxış edirəm. Baxmayaraq ki, 48 yaşım var. Avropa çempionatı iki ildən bir keçirilir. Mən reytinqdə birinciyəm. Düzdür, daha gənc idmançılar iştirak edəcək. Amma belə yarışda, həm də bu yaşda döyüşməyim tələbələrim, eləcə də gənclər üçün stimul, yaxşı motivasiya olar. Bütün nailiyyətlərə görə ilk növbədə Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə və federasiyanın prezidenti Orxan Əliyevə təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Özbəkistandakı yarışda Azərbaycan kikboksinqçiləri 26 (8 qızıl, 9 gümüş, 9 bürünc) medal qazanıblar.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri