Icma.az
close
up
RU
ƏDV qərarı ekoloji siyasətə zərbədir RƏY

ƏDV qərarı ekoloji siyasətə zərbədir RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır

“Yaşıl enerji siyasəti söz olaraq qaldı. Elektromobillərə ƏDV tətbiqi narazılıq yaratdı"

Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, elektromobillər ƏDV-yə cəlb ediləcək. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək. Elektromobillərin ƏDV-yə cəlb ediləcəyinin düzgün qərar olmadığını deyən iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, bu məsələdə məntiq yoxdur: 

- Deməli, ölkəyə 10 aya 1700 elektromobil gəlib, deyir ki, bu azdır, ona görə də ƏDV tədbiq edib 18 faiz qiymətini artırırıq. Qiymətlər 18-20 faiz artacaqsa, deməli, elektromobillərə maraq da azalacaq, elə deyilmi?! Əgər hökumətin istəyi marağı artırmaq, ekoloji təmiz elektromobillərin gətirilməsini, satışını stimullaşdırmaqdırsa, əksinə, ƏDV ləğv edilməli, bununla yanaşı, digər təşviq addımları da atılmalıdır ki, istehlakçının marağı artsın, satış da çoxalsın, Məsələn, Avropa Birliyinin bir çox ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini (10-20 faiz arası) geri ödəyir ki, maraq daha da artsın. Ş.Bağırov isə deyir ki, maraq azdır (halbuki bu, maraq məsələsi deyil, alıcılıq qabiliyyəti və şarj infrastrukturunun azlığı məsələsidir), indi biz ƏDV tədbiq edəcəyik ki, maraq daha da azalsın! Burada məntiq hardadır? Bağırov bildirir ki, ƏDV tətbiqi daxildə, ölkəmizdə elektromobil istehsalını stimullaşdıracaq. Ölkəmiz nəinki elektromobil, TV pultuna taxılan batareya belə istehsal edə bilmir, bunu bacarmır, bu bəyanat insanların hissləri ilə, ağlı ilə oynamaqdır. 15 ildir deyirik, bir daha təkrar edək: Gömrük Komitəsinin ayrıca bir müstəqil dövlət qurumu kimi qalması iqtisadiyyata zayan vurur, ləğv edilməli, ya Maliyyə, ya da İqtisadiyyat Nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Gömrük Komitəsində Rusiyadan gələn hərbiləşdirilmiş gömrük sistemi kökündən dəyişdirilməlidir.

Qeyd edək ki, elektromobillərə marağın azalmasında ehtiyat hissələrinin ölkədə çətinliklə tapılması və baha qiymətə satılması da təsir edir. İstehlakçıların elektromobillərə marağının artması və ekoloji təmiz avtomobillərdən daha çox istifadənin təşviq edilməsi üçün lazımi addımlar atılmadığını ekspertlər də bildirir. Halbuki Azərbaycan Respublikasının Prezidenti 2023-cü ildə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb. Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory”də istehsal prosesinə başlanılıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb. Təqdimat mərasimində layihənin nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı olduğu, sənaye potensialını, texnologiya transferini və insan kapitalını gücləndirdiyi vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir. Amma görünən budur ki, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadədə elektromobillər elektroavtobuslara hələ ki uduzur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri