Icma.az
close
up
RU
Rəsmi dilerlərdə işlənmiş maşınlar ƏDV dən azad olunacaq? İki fərqli rəy

Rəsmi dilerlərdə işlənmiş maşınlar ƏDV dən azad olunacaq? İki fərqli rəy

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

"Azərbaycanda fəaliyyət göstərən avtomobil dilerləri və distribütorları onlara müəyyən güzəştlərin olunmasını istəyirlər. Bildirilir ki, rəsmi nümayəndəliklərin satdığı işlənmiş avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad olunmalıdır. Həmçinin, iddia olunur ki, fərdi sahibkarların ölkəyə gətirib satdıqları avtomobillər rəsmi dilerlərə maddi ziyan vurur. Diler və distribütorlar az qazandıqlarını, çox vergi ödədiklərini vurğulayırlar. Rəsmi nümayəndəlilərin rəhbərləri avtomobil bazarının tənzimlənməsi üçün yeni qanunun qəbul edilməsini istəyirlər". Avtosfer.az xəbər verir ki, bunu Oxu.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O, qeyd edib ki, fərdi sahibkarlar rəsmi nümayəndəliklərin işinə mənfi təsir göstərirlər.

"Bir neçə müddət əvvəl Çin avtomobillərinin rəsmi dilerləri bir avtomobil modelinin şöbəsini yaranan çətinliklər fonunda bağlayıb, işçiləri ixtisar edib:

"Əvvəlcə onu vurğulamaq lazımdır ki, hər bir vətəndaşın xaricdən avtomobil gətirməsi sərbəstdir. Buradakı əsas problem isə həmin şəxslərin avtomobillərə zəmanət verməməsidir. Əgər nəqliyyat vasitəsində hər hansı problem yaranarsa, sürücü ziyanı öz hesabına qarşılayır. Lakin avtomobili rəsmi nümayəndəlikdən aldıqda yaranan problemlər dilerlər tərəfindən həll edilir. Fərdi sahibkarların ölkəyə gətirdiyi avtomobillər daha ucuz olur. Rəsmi diler və distribütorların isə əməkhaqqı, vergi və digər maliyyə öhdəlikləri çox olduğundan onlar müəyyən güzəştlər tələb edirlər. Onlar istəyirlər ki, satdıqları işlənmiş avtomobillər ƏDV-dən azad olunsun. Xərclər də çoxdur. Müəyyən şərait mütləq yaradılmalı, güzəştlər edilməlidir".

Ekspert dilerlərin digər problemlərini də dilə gətirib:

"ƏDV-dən başqa, nümayəndəliklər şikayət edirlər ki, xaricdən gətirdikləri avtomobili Azərbaycanda satmaqla yanaşı, başqa ölkəyə ixrac etmək istəyirlərsə, onlar yenə də gömrük rüsumu ödəməli olurlar. Bu məsələnin təkrar ixrac qaydalarına uyğun tənzimlənməsi vacibdir. Məsələn, Gürcüstanda bu proses çox rahatdır və həmin ölkə məhz buna görə avtomobil bazarının mərkəzinə çevrilib. Nəqliyyat vasitələri bütün region ölkələrinə oradan daşınır. Məncə, bu təcrübə Azərbaycanda da tətbiq olunsa, daha yaxşı olar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov isə qeyd edib ki, qanunvericilikdə hamı üçün eyni qaydalar nəzərdə tutulub:

"Əslində, bu yanaşma doğru deyil. Dilerlər avtomobil satışı, sənədləşmə və digər məsələlər üzrə işçi saxlayırlar və onlara əməkhaqqı verirlər. Həmçinin dövriyyələrinə uyğun olaraq vergi ödəyirlər. Bu iddiaya gəldikdə isə deməliyəm ki, fərdi sahibkarlara da, rəsmi dilerlərə də eyni yanaşma tətbiq olunur. İstənilən şəxs və ya rəsmi nümayəndəlik xaricdən maşın gətirdikdə eyni rüsumu ödəyir. Nəticə olaraq, dilerlərə vergi güzəştlərinin tətbiqi məsələsi hazırda real görünmür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri