ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək? ŞƏRH
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limiti POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlar nəzərə alınmaqla iki dəfə artırılaraq 200 min manatdan 400 min manata çatdırılır.
Bu o deməkdir ki, sahibkar nağdsız ödənişlərin payını artırmaqla faktiki olaraq əlavə 200 min manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək”.
Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib:
“Kimsə düşünə bilər ki, bu güzəşt avtomatik olaraq qiymətlərin enməsinə gətirib çıxaracaq. Amma bu belə olmayacaq. Çünki qiyməti formalaşdıran təkcə vergi deyil. Qiymət 4–5 əsas amilin təsiri ilə formalaşır və vergi onların yalnız biridir.
Bəs bu güzəştin faydası varmı? Əlbəttə var.
Bu dəyişiklik birbaşa ucuzlaşma yaratmasa da, qiymətlərin nisbətən sabit saxlanılmasına, qarşıdakı aylarda isə zəruri artım sürətinin azalmasına dəstək ola bilər. Başqa sözlə, bu güzəşt həmin sektorlar üzrə qiymət artımlarının gecikdirilməsi üçün kompensasiya mexanizmi rolunu oynaya bilər”.
Eldəniz Əmirov əlavə edib ki, eyni zamanda yenilik nağdsız ödənişləri daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağardılmasına” xidmət göstərəcək:
“Ümid edək ki, bununla da nəğdsiz ödəniş etmək istəyən müştəriyə “POS-terminalı təmirə göndərmişik” tipli şablon bəhanə cavablarının sayı azalacaq.
Və ən əsası, uzun illərdir ki, daşlaşmış “200 min manatlıq limit” nəhayət ki, qırıldı. Limitin iki dəfə artırılması 2026-cı ilin yaxşı xəbərləri sırasındadır və bu addım şəffaf və vicdanla işləyən KOB-lar üçün həqiqətən çox önəmlidir”.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev mediaya açıqlamasında bildirib ki, 2026-cı ildən etibarən ƏDV qeydiyyat limiti POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0,5 əmsal tətbiq etməklə iki dəfə artırılaraq 400 min manata çatdırılacaq.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 23 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















