Icma.az
close
up
RU
Legioner limitinin ləğvi futbolumuza necə təsir edəcək?

Legioner limitinin ləğvi futbolumuza necə təsir edəcək?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 3-ü AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və bu toplantıda bir sıra vacib qərarlar qəbul olunub.

Ən çox diqqətçəkən qərarlardan biri növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunması ilə bağlıdır.

Maraqlıdır, bu dəyişiklik futbolumuza necə təsir edəcək?

Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, "Report" informasiya agentliyinin idman departamentinin rəhbəri Kənan Həsənovun sözlərinə görə, legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış bir addımdır:

"Təbii ki, bununla bağlı müxtəlif fikirlər səsləndirilir, hətta futbolumuzun batacağı, daha da geriyə gedəcəyi ilə bağlı ehtimallar irəli sürülür. Amma bu fikirlər heç də əsaslı deyil. Limitin aradan götürülməsi ilk növbədə ona hesablanıb ki, azərbaycanlı futbolçular öz üzərlərində daha çox işləsinlər. Bu da yekunda milli komandanın çıxışına təsir edən məqam kimi düşünülüb. Çünki azərbaycanlı futbolçu öz üzərində daha çox işləsə, daha çox çalışsa, təbii ki, onun səviyyəsi də yüksələcək. Bu da millinin oyunlarına öz təsirini göstərə bilər. Ona görə də, bu dəyişikliklə bağlı təşvişə düşmək, həyəcan təbili çalmaq üçün heç bir əsas görmürəm. Sadəcə bu məsələni zamanın axarına buraxmaq lazımdır. Zaman hər şeyi göstərəcək".

İdman jurnalisti Anar Həsənov da bu qərarın müsbət nəticə verəcəyini düşünür:

"Əvvəlki illərdə legionerlərin sayının azlığı və azərbaycanlı futbolçulara mütləq yerin verilməsi bizim oyunçularımızda rahatlıq yaradırdı. Bu nüansa görə, onlarda arxayınlıq var idi, öz üzərlərində işləmirdilər. Bundan sonra azərbaycanlı futbolçular daha çox çalışmalı, məsuliyyət hiss etməlidirlər ki, əsas heyətdə yerlərini tuta bilsinlər. Əks halda biz meydanda azərbaycanlı oyunçu görə bilməyəcəyik. Etiraf etməliyik ki, Azərbaycan xalqında belə bir düşüncə var, yeni nəsə etməyə çalışdığımızda onu qəbul etmirlər. Hər yenilik sancılı bir dövr keçir. Məncə, AFFA-nın bu qərarı tamamilə Azərbaycan futbolunun inkişafı üçün qəbul olunub. İnanıram ki, bu, təkcə klublarımız, avrokuboklar üçün deyil, eyni zamanda, milli komandaya da təsir etməsi üçün atılan addımdır".

Legioner limitinin ləğvi futbolumuza necə təsir edəcək?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Fevral 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri