Icma.az
close
up
RU
ƏƏSMNdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

ƏƏSMNdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib.

Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Nazirlikdə tədbir keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik edərkən respublikamızın bütün sahələrdə dinamik inkişafını təmin etdiyini vurğulayıb. Qeyd olunub ki, xalqın çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, bütün sahələri bürümüş ağır böhrandan, xaos və anarxiyadan, vətəndaş qarşıdurmasından xilas edib.

Nazir müavini müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını təmin edən Ulu Öndər Heydər Əliyevin eyni zamanda ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırdığını diqqətə çatdırıb.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, sosial dövlət modelinin əsasları yaradılıb. 1995-2003-cü illərdə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı 6 dəfədən çox, pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artıb. MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi və Demoqrafik İnkişaf Konsepsiyası, 2001-ci ildə “Məşğulluq haqqında” Qanun və s. qəbul edilib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı böyük perspektivlərə doğru aparan müdrik və uzaqgörən milli inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirilir. 2003-cü ildən ötən dövrdə Azərbaycan iqtisadiyyatının dünyada rekord göstərici olaraq 4 dəfədən çox artması şəraitində sosial müdafiə və aktiv məşğulluq proqramları da dəfələrlə genişlənib. Təkcə 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb, sosial ödənişlərdə ciddi artımlar edilib.

2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalibiyyət zirvəsinə yüksəlib. Ordumuz Vətən müharibəsində möhtəşəm tarixi Zəfər qazanıb və torpaqlarımızı Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısından bəhs edən filmin nümayişi ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see229

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see150

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see117

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see114

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see113

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see113

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see113

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see113

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see113

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see112

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see112

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see111

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see111

Milan italiyalı qolkiperi heyətinə qatıb RƏSMİ

18 İyul 2025 18:06see110

Beşiktaş Kerem Aktürkoğluyu transferə hazırlaşır İki oyunçu və pul təklif olunub

18 İyul 2025 16:30see109

Şamaxı Ramiz Məmmədovla vidalaşdı

18 İyul 2025 17:47see109

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri