Efiri ediblər bazar, ailə məişət söhbətləri gedir
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu gün efirə çıxmamağımın səbəbi küskünlüyüm, istəməməyim və aparıcılardır. Efiri ediblər bazar. Bilirəm axı yalan danışırsınız, elə hadisələr qururlar ki, 1990–2000-ci illərdə olan hadisələri yenidən bu gün dəbə qaytarırlar. Nə bilim, yıxıldı, uzandı, filankəsi görüb küsüb getdi. Bunlar artıq qurtarıb. Bunu yenidən geri qaytarmağınız heç nə vermir".
Axşam.az xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu "Qonaq gəl bizə" layihəsində deyib. O, efirə çıxmamaısna belə aydınlıq gətirib:
"Ümumi efirin vəziyyəti məni qane etmir. Orada mənim nə işim var? Ailə-məişət söhbətləri efirə çıxıb. Ola bilər, hamının dərdi-səri var, amma bir verilişdə. Yoxsa ki, müğənni çıxıb deyir ki, maşında ayağım büdrədi, filankəs mənə toy vermədi, qoymadı oxuyum, belə şey olar? Ayıbdır, yığışdırın. Ya sənətə gəlirsiniz, sənətkar kimi gəlin, ya da ən azı sənətçi olun. Bunu da edə bilmirsinizsə, çıxın gedin.
Mən heç vaxt efirdə kiməsə sözümü demərəm. O qədər olub ki, efirdə arxamca danışıblar. Həyatda cavablarını vermişəm. Qaçıb gizləniblər".
Baxış sayı:204
Bu xəbər 25 Mart 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















