Icma.az
close
up
RU
Əfqan Nifti: Azərbaycan Avropa və Mərkəzi Asiya arasında əsas qapıdır

Əfqan Nifti: Azərbaycan Avropa və Mərkəzi Asiya arasında əsas qapıdır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London, 25 aprel, AZƏRTAC

Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında əsas qapı rolunu oynayır. Trans-Xəzər bağlantısında Azərbaycanın strateji mövqeyi və kritik əhəmiyyəti xüsusi önəm daşıyır.

Bu fikirləri Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Birləşmiş Krallığın Lordlar Palatasında “Trans-Xəzər əlaqəliliyi, enerji təhlükəsizliyi və kritik minerallar” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdən sonra AZƏRTAC-a açıqlamasında bildirib.

Əfqan Nifti qeyd edib ki, bir neçə həftə əvvəl Səmərqənddə Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında mühüm anlaşma imzalanıb. Onun sözlərinə görə, bu cür təşəbbüslərin uğurla həyata keçirilməsi üçün Azərbaycanın tranzit və açar ölkə kimi rolu mühüm əhəmiyyət daşıyır: “Bu platforma vasitəsilə biz həmin ölkələrlə Azərbaycanı bir araya gətirərək qərarvericilərin diqqətinə çatdırmaq istəyirik ki, regionda aparılacaq layihələrdə Azərbaycanla möhkəm münasibətlərin qurulması vacibdir”.

O, həmçinin nadir metallar və nadir elementlərlə bağlı Britaniya, Avropa İttifaqı və ABŞ-ın yüksək səviyyədə marağının olduğunu diqqətə çatdırıb. Əfqan Nifti bildirib ki, bu potensialın gerçəkləşməsi üçün Azərbaycanın Orta Dəhlizdəki rolu xüsusi önəm kəsb edir.

“Bu resursların çoxu Mərkəzi Asiyada yerləşsə də, onların qlobal bazara çatdırılması üçün Azərbaycanla əməkdaşlıq həyati əhəmiyyət daşıyır”, – deyə Xəzər Siyasət Mərkəzinin rəhbəri əlavə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri