Mirziyoyev: Azərbaycan Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynayır
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynadığını bəyan edib.
APA-nın Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, bu gün "Özbəkistan, Azərbaycan və Avropa - ümumi inkişaf naminə əməkdaşlıq" yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində Azərbaycanın rolunu vurğulayıb
Tədbirin Mərkəzi Asiyanı dünyaya təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərini, eləcə də regionlararası əlaqələrin gücləndirilməsini müzakirə etmək üçün unikal imkan yaratdığını qeyd edən Mirzoyev Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı etimad və dəstək ruhunda fəal inkişafını vurğulayıb:
"Biz Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevin yeni ümumregion proseslərinin inkişafında iştirak etməyə hazır olmasını və Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndiririk".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 18 Avqust 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















