Icma.az
close
up
RU
ƏfqanıstanPakistan sərhədində nə baş verir? ŞƏRH

ƏfqanıstanPakistan sərhədində nə baş verir? ŞƏRH

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən ilin sonunda Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında silahlı qarşıdurmada hər iki tərəfdən itkilər qeydə alınıb. 

Pakistan bu toqquşmalarda 19 hərbçisini itirib. 

"Cebheinfo.az" xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu özünü "Facebook" profilində qeyd edib.

O bildirib ki, Əfqanıstanın Xost və Paktiya vilayətlərinin Pakistanla sərhədində iki ölkə sərhəd qüvvələri arasında toqquşmalar bir neçə gün davam edib:

“Əfqan qüvvələr Pakistan qüvvələrinə məxsus nəzarət məntəqələrini yandırıblar. Bundan başqa əfqan qüvvələrin Pakistan qüvvələrinə məxsus iki nəzarət məntəqəsini ələ keçirdiyinə dair xəbərlər yayılıb. 

Pakistan rəhbərliyi ilə Əfqanıstanda hakimiyyətdə olan “Taliban” bir-birlərini ittiham ediblər. Kabil iddia edir ki, Pakistan hərbçiləri “Taliban”ın  bazalarına zərbələr endirib və bu zaman 49 mülki insan həlak olub.

Pakistan və Əfqanıstan hərbçiləri arasında sərhəddə toqquşmalar az qala hər il qeydə alınır. 2023-cü ilin fevral ayında Əfqanıstan-Pakistan sərhədində yerləşən “Torxam” sərhəd-keçid məntəqəsi yaxınlığında da silahlı toqquşmalar bir neçə gün davam etmişdi.

Pakistan baş verən insidentə görə Əfqanıstanı ittiham edib. 

Kabildən yayımlanan açıqlamada isə Pakistana hücumlarına qarşı cavab zərbəsi endirildiyi bildirilib. Öz növbəsində Pakistan Əfqanıstan tərəfdə gizlənən terrorçulara zərbə endirildiyini açıqlayıb.

“Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşayır. Halbuki, “Taliban”ın yaranışında Pakistanın dəstəyi olub. Ancaq Əfqanıstan ərazisindəki “Pakistan Talibanı” (Təhriki Pakistan) adlanan terrorçu qrup Pakistanın sərhəd məntəqlərinə hücumlar təşkil edir.

Bu zaman Pakistan Əfqanıstan ərazisindəki həmin qüvvələrin yerləşmə yerlərinə zərbələr endirir. Bu zaman hər iki tərəfdən itkilər olur”.

Onun sözlərinə görə, problem ondadır ki, “Taliban” Əfqanıstanda hakimiyyətdə olsa da, ölkə ərazisindəki müxtəlif silahlı qrupların tamamına nəzarət etmir:

“Əfqanlstan ərazisində isə müxtəlif silahlı qruplar mövcuddur ki, onlar “Taliban”a tabe deyillər və həmin qruplar qonşu ölkələr üçün təhlükə mənbəyidir.

Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir. Çünki Çinin həm Pakistana, həm də Əfqansıtana yatırımları mövcuddur. Buna görə də iki ölkə arasındakı gərginlik Pekini ciddi narahat edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri