Əfran İsmayılov: “Elmar Baxşıyevin ayrılmasında qeyri adi, ciddi bir şey yoxdur”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Mən “Araz Naxçıvan”a Elmar Baxşıyevdən öncə gəlmişdim. Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov onun barəsində məndən “Necə məşqçidir?” soruşanda ancaq xoş sözlər demişdim. Həm məşqçi, həm də insan kimi tərifləmişdim. Həqiqətən də Elmar müəllim gözəl insandır”.
İdman.Biz xəbər verir ki, bu sözləri idmanxeber.az-a ”Araz Naxçıvan”ın məşqçisi Əfran İsmayılov komandanın sabiq baş məşqçisi Elmar Baxşıyevin göndərilməsi barədə danışarkən deyib.
O, daha sonra belə davam edib:
“Belə bir qərar verildi. Heç mən orda yox idim. Yenə deyirəm, məni ora gətirən Zaur müəllim olub. Elmar Baxşıyevdən öncə mən klubda olmuşam. Bütün qərarlara hörmətlə yanaşmaq lazımdır. Elmar müəllimə də uğurlar arzulayıram. O, çox gözəl insandı. Futbolda belə hallar olur. Elmar Baxşıyevin ayrılmasında qeyri-adi, ciddi bir şey yoxdur. Yeni gələn məşqçinin necə olacağını isə hələ bilmək olmaz. İnşallah ki, komanda üçün uğurlu olar”.
Millimizin sabiq üzvü E.Baxşıyevin “Araz Naxçıvan”da uğurlu olub-olmadığı barədə verilən suala isə belə cavab verib:
“Onun uğurlu olub-olmadığına rəhbərlik qərar verir. Bu, mənim işim deyil. Məşqçini gətirin də, göndərən də rəhbərlikdir. Mən klubda adi işçiyəm. Bu barədə çox danışa bilmərəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















