Icma.az
close
up
RU
İki qırmızı vərəqə və Elmar Baxşıyevin demarşı

İki qırmızı vərəqə və Elmar Baxşıyevin demarşı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yalnız intizam sanksiyaları əsasında mühakimə etsək, onda 23-cü tur o qədər də səliqəsiz olmadı. Əlbəttə, 5 oyuna iki qırmızı (özü də hər biri birbaşa göstərildi) yaxşı hal deyil. Ancaq cəmi 13 sarı vərəqənin qeydə alınmasını, “Kəpəz”in heç cəzalanmamasını xoşagələn hal kimi qəbul edə bilərik.

Hə, başqa bir önəmli məqam da var. İdarəçilikdən narazı qalmaq növbəsi bu dəfə Elmar Baxşıyevə çatdı. “Araz-Naxçıvan”ın çalışdırıcısı İqor Riberyronun meydandan qovulduğu epizodun nəinki qırmızı, heç sarı vərəqəyə da layiq olmadığını dedi. Hətta hakimlərə, yoxsa başqalarına ünvanlandığı bilinməyən mesaj da verdi:

“Bizi bu şəkildə susdurmaq istəyirlərsə, alınmayacaq”.


Neftçi – Qarabağ, RƏVAN HƏMZƏZADƏ
Söhbət Azərbaycan derbisindən gedirsə, stadiondakı hər kəsin məsuliyyəti birəbeş artır. Nəinki belə ağır oyunda ədaləti təmsil edəsən, matçın tempi azmış kimi, 10 minə yaxın azarkeşin təzyiqi altında olasan. Böyük ehtimalla, şəkili referinin səhvlərə yol verməsinə elə bu amillər səbəb oldu. Ağadadaş Salyanskini kobud müdaxiləylə yerə sərən Kevin Medinaya əvvəl “sarı” göstərən hakim VAR-dan gələn mesajdan sonra epizodu incələdi və qərarını dəyişib kolumbiyalını meydandan qovdu. Hakim növbəti vacib epizodda da ciddi səhvlə yadda qaldı. Yuri Matiasın cərimə meydançasına daxil olan Kadini yıxmasına “göz yuman” referi bu dəfə də VAR-ın yardımıyla epizodu götür-qoy edib “nöqtə”ni göstərdi. “Neftçi”nin iki, “Qarabağ”ın dörd futbolçusuna verilən sarı vərəqələr isə haqlı cəza idi. Axı istənilən halda oyunçular kobudluq etməməli, hakimlə davranış qaydalarını pozmamalıdı.
Səbail – Sabah, RƏŞAD ƏHMƏDOV
Yəqin ki, Bayıldakı oyunu izləyən hər kəs bu fikirlə razılaşar: matç ərzində təkcə komandalar yox, elə hakim də tamaşaçıların əsəbləriylə oynadı. Tez-tez qayda pozuntusuna yol verən, fasilələrin yaranmasına səbəb olan futbolçuların əndazəni aşmasında “fit sahibi”nin rolunu danmaq olmaz. Əhmədov gah kiçik səhvləri bağışlamadı, gah da futbol adına layiq olmayan davranışları görməzdən gəldi. Bu yöndə xüsusilə İqor Noqeyranın 60-cı dəqiqədə Fərid Nəbiyevin üstünə dırmaşdığı anı qeyd etməliyik. O başqa məsələ ki, həmin epizod üzündən ciddi etiraz edən, az qala “cahana sığmayan” Cavid Hüseynov xal qazanandan sonra Əhmədovu təriflədi. Hər halda, “fit sahibi” bu idarəçiliyə görə tərif yox, tənqid eşitməlidi. Özü də yağlısından... Azı ona görə ki, oyun ərzində üçdən daha çox rəsmi xəbərdarlıq lazım idi. Paytaxt derbisini korlamaq olmaz, Əhmədov!
Sumqayıt – Zirə, KAMAL UMUDLU
Qüvvələrin qeyri-bərabər göründüyü qarşılaşmada hakimlər briqadasının işi elə də çətin olmadı. Rafael Utziqin 2-ci dəqiqədə vurduğu qol zamanı verilən oyundan kənar vəziyyət qərarı doğru idi. Kamal Umudlunun qəbul etdiyi başqa qərarlar kimi bu da heç bir mübahisə doğurmadı. Futbolçuların sərt oyuna meyl etməməsi, kobud oynamaması hakimlərin də işini asanlaşdırmışdı. Heç də təsadüfi deyil ki, Umudlu oyun ərzində cəmi iki dəfə əlini cibinə atdı. Həmin vərəqələrin də rəngi sarı idi. Ümumilikdə hakimlər biriqadasının işini yaxşı qiymətləndirə bilərik.
Turan Tovuz - Araz-Naxçıvan, ƏLİYAR AĞAYEV 
Ötən tur “Turan Tovuz”un mövsüm ərzində hakim səhvlərinə görə xallardan məhrum olması ilə bağlı video paylaşdığını xəbər vermişdik. Matç təcrübəli FİFA referisi Əliyar Ağayevə tapşırılmışdı. Tovuzlu azarkeşlər elə ilk dəqiqədə ümumilikdə idarəçiliyə etiraz əlaməti kimi kürəyini meydana çevirdi. Amma bu oyunda Əliyar bəyin nəticəyə təsir edən səhvi olmadı. “Araz-Naxçıvan” qarşılaşmanın 47-ci dəqiqəsində azlıqda qaldı. Daha dəqiq desək, İssuf Paronun geriyə doğru ötürməsi səliqəsiz alındı. Topu ələ keçirmək üçün irəliləyən Aleks Souzanı İqor Ribeyro yerdə qoydu. Referi epizodu “rəqibi aşkar qol imkanından məhrum etmək” kimi qiymətləndirib, İqoru meydandan qovdu.
Kəpəz - Şamaxı, ELÇİN MƏSİYEV 
Autsayderlərin duelində qalib müəyyənləşmədi. Qarşılıqlı hücumlar şəraitində keçən matçda yalnız “Şamaxı”nın bir futbolçusu – Brahim Konate “sarı” ilə üzləşdi. Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadasının nəticəyə təsir edən səhvi olmadı. Referi qarşılaşmanı qənaətbəxş idarə etdi. 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:349
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Fevral 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri