Əfranıstanda yük maşının aşması nəticəsində 18 nəfər ölüb, 35 nəfər yaralanıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əfqanıstanın şərqində Pakistan sərhədindən qayıdan əfqan qaçqınlarını daşıyan yük maşınının aşması nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb. Ölənlər arasında 10 uşaq və 5 qadın olduğu bildirilir.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, hadisə Ləğman vilayətində, Kabil ilə Nəngərharı birləşdirən əsas magistral yolda baş verib. Vilayət qubernatorunun sözçüsü Əbdül Malik Niazai bildirib ki, yaralılar dərhal Nəngərhar xəstəxanalarına yerləşdirilib.
Qəza zamanı maşında olan sərnişinlər son aylarda Pakistandan geri dönən minlərlə əfqan qaçqınlarının bir hissəsi olub. Pakistan 2023-cü ildən etibarən sənədsiz miqrantlara qarşı sərt tədbirlər görərək bir çoxlarını ölkədən çıxarıb. İran da eyni dövrdə əfqan miqrantların deportasiyasını artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 30 May 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















